Yerli səviyyədə ictimai informasiyanın açıqlanması problemləri

Yerli səviyyədə idarəetmə orqanlarının və ictimai xidmət təşkilatlarının fəaliyyətində şəffaflıq, hesabatlılıq və informasiya açıqlığının təmin edilməsi vəziyyətinin qiymətləndirilməsi, problemlərin həll yollarına müəyyənləşdirilməsi məqsədilə Regional Əməkdaşlıq üçün Qara Dəniz Təşkilatının dəstəyi əsasında İqtisadi Təşəbbüslərə Yardım İB ekspertləri tərəfindən layihə həyata keçirilib.

Ekspertlərin yekdil qənaəti budur ki, ümumiyyətlə rayon və yerli səviyyədə açıqlanan ictimai informasiyanın siyahısı son dərəcə məhduddur. Hətta açıqlanan informasiyalar da əsasən ümumi xarakter daşıyır. Ekspertlərin fikrincə, müvafiq dövlət qurumlarının və dövlət şirkətlərinin saytlarında olan informasiyanı ümumi qaydada yerlərdə də maraqlananlar  üçün əlçatan hesab etmək olar. Bununla belə hətta həmin hesabatlarda da müvafiq qurumların regionlarda və yerlərdəki fəaliyyəti barədə məlumatlar ya ümumiyyətlə olmur ya da çox məhdud həcmdə olur. Rayon (şəhər) İcra hakimiyyətlərinin saytlaırnda isə əsasən rayon rəhbərliyinin keçirdikləri müxtəlif xarakterli tədbirləri, dövlət başçısının səfərləri, ölkə miqyasında həyata keçirilən müxtəlif təşəbbüslər çərçivəsində rayonda (şəhərdə) həyata keçirilən tədbirlər, ərazidə həyata keçirilən abadlaşdırma işləri barədə (ümumi xarakterli)  və s. kimi məlumatlar əks olunur. Habelə seçkilərin nəticələri ilə bağlı rəsmi açıqlanan məlumatlar yerlərdə geniş yayılır. Ekspertlər habelə ayrı-ayrı kənd bələdiyyələri səviyyəsində bələdiyyə büdcələrinin formalaşması və xərclənməsi barədə məlumatları yerli ictimaiyyətə açıqlaması sahəsində maraqlı təcrübələrin mövcudluğunu vurğulayıblar.

Ekspertlər hesab edirlər ki, bu sahədə mövcud problemlərin həlli üçün ilk növbədə QHT qanunvericiliyi təkmilləşdirilməli, vətəndaş cəmiyyəti qurumlarının yaranması və onların fəaliyyəti üçün mühit yenilənməli (ən azı 2014-cü ildən əvvəlki vəziyyət bərpa edilməli), beynəlxalq donor təşkilatların ölkəmizdə fəaliyyətinə imkanlar yaradılmalı, yerlərdə QHT-lərin yaradılması və onların qrantalma prosedurları asanlaşdırılmalıdır. Yerli icra hakimiyyətlərinin vətəndaş cəmiyyəti üzərində nəzarəti aradan qaldırılmalıdır. Bununla yanaşı, ekspertlərin fikrincə, yerli vətəndaş cəmiyyətlərinin bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətlərin (təlim, təcrübə mübadiləsi proqramları və s.) genişləndirilməsi, onların resurs potensialının gücləndirilməsi, dövlət qurumları ilə yerli vətəndaş cəmiyyətinin nümayəndələri arasında davamlı əməkdaşlıq və dialoq imkanlarının yaradılması vacibdir. 

Layihə çərçivəsində tədiqat hesabatlarını və KİV, QHT-lər üçün hazırlanmış hesabatları aşağıdakı linklər vaistəsilə yükləyə bilərsiniz.

Yerli səviyyədə idarəetmə və ictimai xidmət qurumlarının (pilot ərazilərin timsalında) fəaliyyətində informasiya açıqlığının mövcud vəziyyətinin qiymətləndirilməsi ilə bağlı ekspertlərlə dərinləşdirilmiş müsahibələr üzrə  H e s a b a t

Yerli səviyyədə idarəetmə və ictimai xidmət qurumlarının fəaliyyətində şəffaflıq və informasiya açıqlığının monitorinqi üzrə  B Ə L Ə D Ç İ

Yerlərdə vətəndaşların ictimai informasiyalara əlçatanlıq səviyyəsinin qiymətləndirilməsi ilə bağlı aparılmış  SORĞUNUN ANALIZI

Yerli səviyyədə idarəetmə və ictimai xidmət qurumlarının (pilot ərazilərin timsalında) fəaliyyətində informasiya açıqlığının mövcud vəziyyətinin qiymətləndirilməsinə dair  H e s a b a t

 Current State Assessment Report for  Information Transparency in the Activities of Local Governments (on the Example of Pilot Areas)