Açıq Hökumət Platforması Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin müzakirə edib

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir. Bu Proqram çərçivəsində “AHT Platforması fəaliyyədə” layihəsi üzrə 30.06.2017-ci il  tarixində  Bakıda, Park İnn otelində AHT Beynəlxalq İdarə Heyətinin Azərbaycanla bağlı qərarı Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin müzakirəsi keçirilib.

Tədbirdə Platforma üzvü olan və olmayan qeyri-hökumət təşkilatları, xarici qurumların nümayəndələri iştirak etmişdir. AHT Platformasının koordinatoru Əliməmməd Nuriyev açılış nitqindən sonra AHT Beynəlxalq İdarə Heyətinin Azərbaycanla bağlı qərarını açıqlamış və şərh etmişdir. İştirakçı olan QHT rəhbərləri çıxış edərək, münasibət bildiriblər.

Daha sonra Sabit Bağırov Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi barədə təqdimatla çıxış edib. O qeyd edilən strateji yol xəritəsinin məqsədləri, hədəfləri, prioritetləri, indikatorları və digər mühüm göstəricilər barədə məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

Tədbir iştirakçıların müzakirələri və Əliməmməd Nuriyevin yekun sözü ilə başa çatıb.