İctimai iştirakçılıq üzrə web-resurs hazırlanıb

 

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir. Bu layihənin icrası  “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin eksperti Mirəli Hüseynov ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “İctimai idarəetmədə iştirakçılığın təşviqi” adlı xidmət çərçivəsində həyata keçirilir.

İctimai iştirakçılıq üzrə məlumatlılığı artırmaq və məlumatlara əlçatanlığı asanlaşdırmaq məqsədilə www.toplum.org.az saytında “İctimai iştirakçılıq” bölməsi yaradılıb. Bölmənin özü də “qanunvericilik/sənədlər”, “tədqiqatlar”, “ictimai şuralar”, “xəbərlər” və “elanlar” alt-bölmələrə bölünüb. “Qanunvericilik/sənədlər” alt-bölməsində ictimai iştirakçılıq üzrə qanunvericilik materialları – qanunlar, fərmanlar, sərəncamlar, qərarlar və dövlət proqramları yerləşdirilib. “Tədqiqatlar” alt-bölməsində isə bu sahə üzrə tədqiqat materiallarına yer verilib. “İctimai şuralar” adlanan digər alt-bölmədə ölkədə mövcud olan ictimai şuralar və onların tərkibi haqqında məlumatlar əks etdirilib.

Vətəndaş cəmiyyəti və digər maraqı tərəflər ictimai iştiraçılıq üzrə zəruri hesab etdikləri materialları sayta yerləşdirmək üçün təqdim edə bilərlər.