Azərbaycan təcrübəsində ilk dəfə olaraq korrupsiyaya qarşı mübarizə sahəsində aktual məsələlərlə bağlı dövlət qurumlarının və ixtisaslaşmış QHT nümayəndələri, müstəqil ekspertlərin iştirakı ilə silsilə ictimai dinləmələr keçirilib
İctimai dinləmələr “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB-in Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması əməkdaşlıqda həyata keçirdiyi “Açıq hökumət debatları” layihəsi çərçuvəsində baş tutub. Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltıniq və Azərbaycan Açıq Hökumət Platforması ilə birgə icra olunan Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində dəstəklənir. Layihənin məqsədi açıq debatlar, ictimai və ekspert diskusiyaları ilə müzakirə mühiti formalaşdırmaqla antikorrupsiya tədbirlərinin, şəffaflıq və hesabatlılıq təşəbbüslərinin gücləndirilməsi, səmərəli həyata keçirilməsinə dəstək verilməsidir.
Layihə çərçivəsində onlayan formatda “Dövlət orqanlarının fəaliyyətində informasiya şəffaflığı və korrupsiyaya qarşı mübarizə”, “Dövlət şirkətlərində hesabatlılıq və şəffaflıq”, “Korrupsiyaya qarşı mübarizədə İKT-dən istifadə və əldə olunan nəticələr”, “Vətəndaş müraciətlərinə baxılması sahəsində vəziyyət”, “Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” əsasında qiymətləndirilməsi: Mövcud vəziyyət və perespektivə baxış” mövzularında keçirilib. Dinləmələrə 170-dən çox iştirakçı qatılıb. İctimai dinləmələrdə Korrupsiyaya Qarşı Mübarizə Komissiya, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Ombudsman, İqtisadiyyat Nazirliyi, Hesablama Palatası, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi, Rəqəmsal İnkişaf və Rabitə Nazirliyi, Hərbi Səfərbərlik üzrə Dövlət Xidməti, Vətəndaşalaar Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, MEDİA Agentliyi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Auditorlar Palatası, icbari Sığorta üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, İqtisadi İslahatların Təhlili və Komunikasiyası Mərkəzinin nümayəndələri iştirak ediblər.
Hər bir mövzu üzrə vətəndaş cəmiyyəti ekspertləri və dövlət qurumlarının nümayəndələri məruzə-təqdimatlarla çıxış ediblər. Əldə edilən naliyyətlər və mövcud çətinliklər, onların həlli yolları ilə bağlı müzakirələr aparılıb, vətəndaş cəmiyyətinin təklifləri səsləndirilib.
İctimai müzakirələrdə səslənmiş təkliflər Açıq Hökumət Platforması tərəfindən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim olunub.
Təkliflər və təqdimatlarla bu link vasitəsilə tanış ola bilərsiniz.
Şəffaflığın monitorinqi-2021 hesabat
DÖVLƏTƏ MƏXSUSŞİRKƏTLƏRDƏ HESABATLILIQ VƏ ŞƏFFAFLIQ