Sabirabad, Saatlı və İmişli rayonlarında ünvanlı sosial yardım alan insanlar arasında keçirilən sorğunun nəticələri

Bu hesabat ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltıniqlə birgə icra olunan, proqram çərçivəsində həyata keçirilən “Elektron xidmətlərin əlçatanlığı” layihəsi çərçivəsində hazırlanıb. Layihə Açıq Hökumətin Təşviqinə dair Hökumət Vətəndaş Cəmiyyəti Dialoq Platformasının üzvü “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyinin ekspertləri tərəfindən icra edilib. Layihənin məqsədi ictimai iştirakçılığın dəstəklənməsi, elektron xidmətlərin əlçatanlığına yardım göstərilməsidir.
Bu Hesabat vətəndaşların ünvanlı sosial yardımla bağlı elektron xidmələrlə əlaqədar bilik və bacarıqlarının mövcud vəziyyətini öyrənmək, onların təklif və iradlarını toplamaq və ümumiləşdirmək üçün Sabirabad, Saatlı və İmişli rayonlarında ünvanlı sosial yardım alan şəxslər arasında keçirilən sorğunun nəticələrini və tövsiyyələri əks etdirir.

Sorğunun nəticələri ilə burdan tanış ola bilərsiniz.