İCTİMAİ ŞURALARIN FƏALİYYƏTİNƏ DAİR BƏLƏDÇİ

Ictimai şuralarin fəaliyyətinə dair bələdçi Azərbaycanın dövlət orqanlarının nəzdindəki ictimai şuraların
hazırkı və potensial üzvləri, habelə yeni İŞ-lər yaratmaq məsələsini nəzərdən keçirəcək dövlət
qurumları üçün nəzərdə tutulmuşdur. Vəsaitin yekun məqsədi bütövlükdə mövcud İŞ-lərin
səmərəliliyinin artırılmasından və yeni İŞ-lərin yaradılmasına töhfə verməkdən ibarətdir.
Səmərəli İŞ-lər dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında etimadın və bütövlükdə
münasibətlərin yaxşılaşdırılmasına, habelə hökumət qərarlarının qəbul edilməsində iştirak
prosesinin təkmilləşdirilməsinə və dövlət orqanlarının şəffaflığının və hesabatlılığının
artırılmasına kömək edə bilər.

Vəsait ilə burdan tanış ola bilərsiniz.