AHT Azərbaycanın əvvəlki statusunu saxladı

Azərbaycan Hökumətinin AHP-də iştirakı ilə bağlı AHT İdarə Heyyətinin Qərarı, 28 İyun 2017-ci il, Vaşinqton, ABŞ

İdarə Heyyəti Azərbaycan hökumətinin 2016-2018 Milli Fəaliyyət Planının (MFP) hazırlanmasında məsləhətləşmələrin aparılması, çoxtərəfli AHT Formunun yaradılması və qrantların qeydiyyatı üçün “vahid pəncərə” sisteminin yaradılması kimi AHT prosesindəki narahatlıqlarla bağlı atdıqları son müsbət addımları yüksək qiymətləndirir. Lakin Meyar və Standartlar alt komitəsinin təsdiq etdiyi ilkin məktubda qeyd olunan əsas narahatlıqlar hələ də həllini tapmamışdır. Bəzi irəliləyişlər əldə olunmasına baxmayaraq, hələ də vətəndaş cəmiyyəti üçün ümumi fəaliyyət mühitində ciddi problemlər qalmaqdadır.  Nəticədə, İdarə Heyyətinin qərarına görə, AHT Bəyənnaməsində ifadə olunmuş AHT Dəyər və Prinsiplərini qorumaq siyasətinin şərtlərinə əsasən, Azərbaycan 12 ay müddətinə “qeyri-aktiv” statusunu saxlayacaq*. İdarə Heyyətinin verdiyi tapşırığa əsasən Meyar və Standartlar alt komitəsi, Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı həllini tapmamış məsələlərlə bağlı enilənmiş tövsiyyələrin ilkin planını 15 Sentyabr 2017-ci il tarixinə kimi hazırlanmalıdır; bu tələblər hazırlandıqdan və tərəflərlə paylaşıldıqdan sonra, 12 aylıq uzadılmış qeyri-aktivlik dövrü başlayacaq. Yenilənmiş tələblərin ilkin variantı Azərbaycan hökuməti, yerli vətəndaş cəmiyyəti və xarici ekspertlərlə məsləhətləşmələr nəticəsində hazırlanacaq. Bu mərhələnin sonunda, Meyarlar və Standartlar alt komitəsi yekun qiymətləndirmə hesabatını təqdim edəcək.

 

*Açıq Hökumət Bəyənnaməsində ifadə edilən AHT Dəyər və Prinsiplərini Qorumaq Siyasətinin şərtlərinə əsasən bu siyasətin tətbiq olunmasına səbəb olan vəziyyətin aradan qaldırılması üçün lazımı addımların atıldığına əmin olmaq üçün sözügedən ölkə Meyar və Standartlar alt komitəsinin yeni rəyin almalıdır.

 

  • Əgər həmin ilin istənilən bir dövründə Meyar və Standartlar alt komitəsi əmin olarsa ki, Azərbaycan hökuməti başlıca narahatlıqları aradan qaldırıb, o zaman komitə İdarə Heyyətinə dərhal ölkənin aktiv statusunun bərpa edilməsini tövsiyyə etməlidir.

 

  • Qeyr-aktivlik müddətində AHT İşçi qrupu və tərəfdaşların səfərləri də daxil olmaqla, İdarə Heyyəti və Dəstək Birliyi Azərbaycana köməlik göstərəcək

 

  • Qeyri aktivlik dövründə Azərbaycan Hökuməti İdarə Heyyətinin seçkilərində iştirak edə bilməyəcək, və AHT görüşlərində yalnızca müşahidəçi qismində iştirak edə biləcək

 

  • Qeyri-aktvlik dövrundə Azərbaycanın “qeyri- aktiv” statusu haqqqında AHT saytında və müvafiq hallarda ictimai informasiya materiallarında (məsələn, OGP iştirakçı ölkələrinin siyahısında) qeyd olunacaq