“Beynəlxalq Şəffaflıq” Təşkilatı 2022-cü il üçün Korrupsiya Qavrama İndeksini açıqlayıb

“Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan”
Korrupsiyaya Qarşı Mübarizə İB(Şəffaflıq Azərbaycan) təşkilatı 2022-ci il üçün
Korrupsiya Qavrama İndeksini (2022 KQİ) təqdim edir.
2022-ci il üzrə Azərbaycan KQİ-də  23 bal alıb və 157-ci sırada qərarlaşıb. Reytinq 0-100
ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca
yüksək korrupsiyalaşma səviyyəsini göstərir.
KQİ-nin hazırlanmasında ümumilikdə, 13 fərqli hesabatdan istifadə edilmişdir. Bu hesabatlar
antikorrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial
xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir.
Azərbaycanın KQİ üzrə aldığı bal son 9 ildə 7 fərqli mənbədən alınan məlumatların təhlili
nəticəsində hazırlanıb, 2022-ci il üzrə isə 6 mənbədən istifadə edilib. Bu dəfə World Economic
Forum Executive Opinion Survey (EOS) – nəticələrindən istifadə olunmayıb. Məhz bu mənbə
üzrə göstəricilərdən istifadə edilməməsi ölkənin Azərbaycan KQİ-də nəticələrin statistik olaraq
geriləməsinə səbəb olub. Belə ki, digər 4 hesabat üzrə Azərbaycanın göstəriciləri dəyişməz qalib, bir
hesabat, Varieties of Democracy Project hesabatı üzrə Azərbaycan ötən illə müqayisədə bir bal çox
alıb.
Korrupsiya Qavrama İndeksini (2022 KQİ) üzrə hesabatı buradan yükləyə bilərsiniz

Korrupsiya Qavrama İndeksi haqqında ətraflı –Sual-cavab bölməsindən öyrənə bilərsiniz.