Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran şəhəri, Masallı, Astara və Lerik rayonlarına 10 aqrar/ekoturizm məntəqələrinin (TM) seçimi üçün müraciətləri qiymətləndirmək məqsədilə bir neçə işgüzar səfər həyata keçirilmişdir.
Bu qiymətləndirmələr nəticəsində aşağıda göstərilən müraciət edənlər təsərrüfatlarını aqrar / eko-turizm hədəfinə çevirmək üçün ən yüksək motivasiya və potensiala sahib namizədlər kimi seçilmişdir:
1. Ağayev Taleh. Masallı rayonunun Boradigah qəsəbəsi. Azərbaycanda qədim sənət növü sayılan misgərliklə məşğuldurlar. ABAD ilə əməkdaşlıq edirlər. Qonaqları qəbul etmək üçün əlverişli şəraitləri var.
2. Quliyeva Sevinc. Lənkəran rayonunun Mogojoba kəndi. 20 ildir bağçılıqla məşğul olurlar. 0.54 hektar məhsuldar bağ və 2.8 ha göl var. Balıqçılıq, quşçuluq və bağçılıqla məşğuldurlar və qonaqları qəbul etmək üçün əlverişli şəraitləri var.
3. Həmidov Əfşar. Lerik rayonunun Bilnə qəsəbəsi. 15 hektar torpaq sahəsini becərirlər, arıçılıq, buğda və kartof əkinçiliyi və balıqçılıqla məşğul olurlar. Təsərrüfatda ilin bütün fəsillərində qonaq qəbul edəcək kotteclər və 2 göl var.
4. Sürətov Mahir. Lerik rayonunun Piran kəndi. Arıçılıqla məşğuldurlar, həmçinin keçi təsərrüfatçığı və keçi əti, süd və pendir istehsalı ilə məşğul olurlar. Burada bir neçə şəxsi ev var.
5. Həbibov Tələt. Astara rayonunun Sancaradi kəndi. Bağçılıq və balıqçılıqla məşğul olurlar. Green Lake istirahət mərkəzi kimi fəaliyyət göstərir. Fermanın göl və sitrus meyvə bağları var.
6. Ağayev Abi. Astara rayonunun Kijava qəsəbəsi. Meşədə bir istirahət mərkəzi var. Sitrus, çəltik, balıqçılıq və quşçuluqla məşğul olurlar. Təsərrüfatda bir neçə göl və ilin bütün fəsillərində qonaqları qarşılamaq üçün kotteclər var.
7. Salayev Pərviz. Astara rayonunun Sım kəndi. Əsasən dəmirçiliklə məşğuldurlar. Kənd təsərrüfatı alətləri istehsal edirlər. Kənd qədim bir kənd olduğundan gəzmək üçün bir neçə yer, meşələr və mağaralar var. Burada qonaqları qəbul etmək üçün bir neçə boş ev var.
8. Quliyeva Qönçə. Masallı rayonunun Arkivan qəsəbəsi. Əsasən arıçılıqla məşğuldurlar. Turistlərin qəbulu üçün hər cür şəraitləri var. Ov və balıqçılıq da təşkil edə bilərlər.
9. İbrahimov Murad. Lənkəran şəhəri Daşdatürk kəndi. Talış dağlarının ətəyindədir. Sahəsi 3 hektardır. Qoz və badam bağçaları var. Qonaqları və turistləri qəbul etmək üçün bir ev var. İngilis və rus dillərində danışırlar.
10. Şükürova Raftara. Lənkəran şəhərinin İstisu qəsəbəsi. Böyük bir naringi, portağal və kivi sahəsi var. Fermanın qalmaq üçün yeri var. Turistləri qəbul etmək təcrübələri də var.
20 Oktyabr 2020-ci il tarixində, 1 Avqust 2020-ci ildə başlanan “AgriVision” layihəsi, bölgədəki fermer təsərrüfatlarının aqrar / eko-turizm məntəqələri kimi fəaliyyət göstərmələri üçün müraciət etmələri məqsədilə elan vermişdir. Elanın nəticəsi olaraq 52 kənd təsərrüfatı müəssisəsi və fermer iştirak üçün müraciət etmişdir.
7-11 fevral tarixlərində layihə mütəxəssisləri və 5 Tur Operatorunun nümayəndələri, mövcud TM-lərin potensialını, ehtiyaclarını qiymətləndirmək və hədəf bölgələrdə mövcud məsələləri və gələcək inkişafa imkan verən əlverişli mühiti qiymətləndirmək üçün ərazi səfərləri etdilər.
Qiymətləndirmə prosesi çərçivəsində layihə mütəxəssisləri və tur-operatorlar seçilmiş Turizm Məntəqələrini ziyarət etdilər, onların təchizatlarını nəzərdən keçirdilər, çatışmazlıqları və hər TM üçün artırılması lazım olan imkanları müəyyənləşdirdilər, təlim və bacarıq ehtiyaclarını öyrəndilər. Bundan əlavə, yerli hökumət rəsmiləri ilə müsahibələr apardılar, yerli KOB Dəstək Agentliyi, Destinasiya Menecmentliyi Agentliyi, bu sahədə çalışan yerli QHT üzvləri və Biznes Assosiyasiyalarının nümayəndələri ilə fokus qrup görüşləri keçirdilər. Həm yerli hakimiyyət orqanları, həm də faydalanan fermerlər “AgriVision” layihəsinin Lənkəran iqtisadi bölgəsində həyata keçirilməsini yüksək qiymətləndirdilər və bu layihənin fermerlər üçün əlavə gəlir əldə olunmasına kömək edəcəyinə və bölgədəki iqtisadi inkişafa və şaxələndirilməyə kömək edəcəyinə inandıqlarını bildirdilər.