Şəhla İsmayıl – Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti

RASİONAL İNKİŞAF UĞRUNDA QADINLAR CƏMİYYƏTİ

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) 2002-ci ildə qadınların imkanlarını gücləndirmək və bərabər iştirakını təmin etmək vasitəsilə Azərbaycanın inkişafına öz töhfəsini vermək MƏQSƏDilə birləşən bir qrup fəal qadınlar tərəfindən yaradılmışdır. Qeyri-hökumət, qeyri-siyasi və qeyri-kommersiya təşkilatı olan RİQC 2005-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.

Cinsiyyət, yaş, din və irq mənsubiyyətinə görə ayrıseçkilik olduğu təqdirdə demokratiya, ədalət və inkişafın mümkünsüzlüyü konsepsiyası – RİQC-in missiyasının əsasını təşkil edir. RİQC hər növ ayrıseçkilik və zorakılığa qarşı mübarizə aparır.

RİQC-in sədrini, İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının üzvlərini seçən Ümumi Yığıncaq təşkilatın ALİ orqanı hesab edilir.

RİQC-in ümumi məqsəd və maraqlar ətrafında toplanan heyətinə təsisçilər, üzvlər, əməkdaşlar, fəallar və könüllülər daxildir.

RİQC, tərkib hissəsində xüsusi dəyərlər və xüsusiyyətlər olan, uğura aparan bir KOD seçmişdir. Bu KOD pozitivlik, açıqlıq, bilik və bacarıqlar, həmrəylik, müdriklik, obyektivlik, məsuliyyət, etibarlılıq və işə bütövlükdə həsr olunma xüsusiyyətlərindən ibarətdir.

Nəticədə, RİQC ən boyük sərvətə – Təmiz və Müsbət Reputasiyaya nail olaraq, digər qeyri-hökumət təşkilatları, dövlət qurumları, kütləvi informasiya vasitələri, biznes strukturları, beynəlxalq təşkilatlar, diplomatik korpuslar və fondlar ilə konstruktiv əməkdaşlıq edir.

 

Proqramlar

RİQC hər 3 ildən bir yeni Fəaliyyət Planı qəbul edir. Hazırki 2015-2017-ci illər üçün Fəaliyyət Planı aşağıdakı proqramları önə çəkir:

Gender Bərabərliyi Proqramı – gender-əsaslı diskriminativ praktikanın aradan qaldırılması;

Səhiyyə Proqramı – qadınların reproduktiv sağlamlıq və hüquqlarının yaxşılaşdırılması;

İqtisadi İnkişaf Proqramı – qadın sahibkarlığının gücləndirilməsi;

Sülh Quruculuğu Proqramı – münaqişənin transformasiyası və sülh quruculuğu prosesində qadınların rolunun gücləndirilməsi.

Fəaliyyət

  • RIQC yeni və kreativ üsullardan istifadə edərək,
  • Qiymətləndirmə və yol-xəritələmə;
  • Maarifləndirmə və bacarıqların gücləndirilməsi;
  • Monitorinq və hesabatyazma;
  • Müdafiə və vəkillik;
  • Şəbəkələnmə və kampaniyalanma fəaliyyətləri ilə məşğuldur.

 

Ünvan:   

Afiyəddin Cəlilov küç 26, mən. 98

AZ1025, Bakı, Azərbaycan

 

Tel/faks:  (+99412) 490 40 44/408 40 44

Email:       info@ward.az

Vebsayt:  www.ward.az

 

Şəhla İsmayıl

Şəhla İsmayıl Açıq Hökumət Platformasına 2016-cı ilin Sentyabr ayında üzv olmuşdur. Ş. İsmayıl 2002-ci ildən Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinə rəhbərlik edir. O, 1998-ci ildən fəal şəkildə qadınların cəmiyyətdə rolunun artırılması ilə bağlı fəaliyyət göstərir. Azərbaycanda ilk Analıq Məktəbi, ilk Qadın Parlamenti, ilk Gender Ekspert Qrupunun və s. əsası Ş. İsmayıl tərəfindən qoyulmuşdur.

2010- cu ildən Ş. İsmayıl biznes layihələri ilə məşğul olmağa başlamışdır. O Azərbaycanda ilk İR şirkəti olan CONTRAST şirkətinin İdarə Heyatinin üzvüdür. 2013-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Təhsil Texnologiyaları Milli Mərkəzinin “Sağlam Təhsil- Sağlam Xalq”  mega-layihəsinin Gender Blokuna rəhbərlik etmişdir.

Layihənin əsas məqsədi yüksək səviyyədə öyrənmə vərdişlərinə nail olmaq üçün gender və sağlamlığın müdafiəsinə həsr olunmuş innovativ texnologiyalar vasitəsilə Azərbaycanın təhsil sistemində əsaslı islahatların həyata keçirilməsidir. Ş. İsmayıl 80-dən çox nəşriyyatın, hesabatların və siyasi məqalələrin müəllifidir.

Ş. İsmayıl Xəzər Universitetində İngilis dili və ədəbiyyatı üzrə magistr təhsili almışdır.

Email: Azerbaijan@shahla.org

shahlais@gmail.com