Sabit Bağırov – Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun əsası 1994-cü ildə qoyulmuşdur. Təşkilatın əsas missiyası  sahibkarlığın davamlı inkişafına dəstək və bazar iqtisadiyatına keçidlə əlaqədar islahatların aparılmasına yardımçı olmaqdır. Şirkətin əsasını 11 özəl şirkət və bank qoymuşdur. Təşkilatın əsas fəaliyyət istiqamətinə sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması, maarifçilik işlərinin aparılması, biznes fəaliyyətə başlayanlar üçün məsləhətlərin verilməsi, konfransların, dəyirmi masaların və seminarların keçirilməsi və iqtisadiyyatın inkişafı ilə bağlı tədqiqatların aparılması daxildir.

Ünvan:

17/2 Nəcəfqulu Rəfiyev küç.

Bakı, Azərbaycan,

AZ1025

Tel/Faks: (+994 12) 490 05 66

Email: bagirov.sabit@gmail.com

Vebsayt: http://edf.az/

www.sahibkarol.biz

 

Sabit Bağırov

Sabit Bağırov Açıq Hökumət Platformasına 2016-cı ilin Sentyabr ayında üzv olmuşdur. 1994-cü ildən S. Bağırov Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun və İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti vəzifələrində çalışır. Bununla yanaşı o Xəzər enerji layihələri üzrə müxtəlif şirkətlərdə məsləhətçi vəzifəsində çalışmışdır. S. Bağırov 1995-ci ildən Center for International Private Interprise (USA), Eurasia Foundation (USA), Open Society Institute (USA), Transparency International, Fridrich Nauman Foundation (Germany), Fridrich Ebert Foundation (Germany) və s. təşkilatları tərəfindən maliyyələşdirilən müxtəlif layihələrin rəhbəri də olmuşdur. O, həmçinin Dünya Bankının Azərbaycan enerji layihələrində məsləhətçi kimi çalışmışdır. Bir çox beynəlxalq konfranslarda məruzəçi və iştirakçı qismində iştirak etmişdir.

  1. Bağırov Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır.

Email: bagirov.sabit@gmail.com