Rəna Səfərəliyeva – Şəffaflıq Azərbaycan İctimai Birliyi

“Şəffaflıq” Azərbaycan

“Şəffaflıq Azərbaycan” 2000-ci ilin oktyabr ayında vətəndaş cəmiyyətinin və elmi dairələrin nümayəndələri tərəfindən təsis olunmuş və tam səlahiyyətli yerli bölmə kimi 2001-ci ilin oktyabrında Transparency International təşkilatı tərəfindən akkreditasiya olunmuş, 2006-cı ilin avqust ayında isə yenidən akkreditasiyadan keçmişdir. Təşkilat, əsasən, ictimaiyyətin bilik səviyyəsinin artırılması, işgüzar etika sahəsində işləyir və Azərbaycanda korrupsiyanın səbəblərini, formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırır. “Şəffaflıq” Azərbaycan həmçinin korrupsiyanın şahidləri və qurbanları olan sıravi fiziki şəxslərə hüquqi yardım göstərir və hökumət strukturlarına siyasi və qanunvericilik aktlarının hazırlanmasında köməklik göstərir.

Ünvan:

AZ1001, Bakı ş., Cəfər Cabbarlı küç. 16, mən. 7
Tel: (+994 12) 497 81 70

Tel: (+994 12) 497 68 15

Tel: (+994 55) 291 00 02

Fax: (+994 12) 596 20 38

E-mail: info@transparency.az

Vebsayt: http://transparency.az/

 

Rəna Səfərəliyeva

Rəna Səfərəliyeva Açıq Hökumət Platformasına 2016-cı il Sentyabr ayında üzv olmuşdur. O, 2000-ci ildən Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı İctimai Birliyinin icraçı direktorudur. Bundan öncə R. Səfərəliyeva 1997-ci ildən 2000-ci ilə qədər baş ofisi Böyük Britaniyada yerləşən Monument Resouces (Caspian) Ltd.-nin ofis menceri vəzifəsində çalışmışdır. Eyni zamanda Amoco Caspian Sea Petroleum üçün Əsrin müqaviləsi ilə əlaqədar sənədlərin və görüşlərin tərcüməsini etmişdir. R. Səfərəliyeva, həmçinin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə danışıqların aparılmasında tərcüməçi kimi fəaliyyət göstərmişdir. R. Səfərəliyeva 1990-cı ildən 2009-cu ilə qədər Azərbaycan Dillər Universitetində dərs demişdir.

  1. Səfərəliyeva Moskva Dövlət Linqvistika Universitetindən magistr və Azərbaycan Dillər Universitetindən Filologiya üzrə Doktorluk dərəcəsinə sahibdir.

Email: rena@transparency.az