Qorxmaz İbrahimli – Demokratik Seçki Mərkəzi

Demokratik Seçki Mərkəzi İctimai Birliyi

Demokratik Seçki Mərkəzi İctimai Birliyi 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır. Birlik Açıq Hökumət Platformasına 2016-cı ilin Sentyabr ayında qoşulmuşdur.

Birliyin əsas məqsədi qanunvericiliyin öyrənilməsi və təbliğini təşkil etməkdən ibarətdir. Yarandığı vaxtdan etibarən müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmiş, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirmişdir.

2010-2014-cü illər ərzində “2010-cu il parlament seçkilərində seçici fəaliyyətinin artırılması üçün maarifləndirmə işlərinin artırılması”, “Seçki fəallığındakı tərəddüdlərin ictimai müzakirəsi və seçki etikasının formalaşmasına dəstək”(2012), “Prezident seçkisi ərəfəsində seçici fəallığının artırılmasına”(2013), ““Bələdiyyə İnformasiya Mərkəzi” – bələdiyyələrin sosial şəbəkəsi rolunda”(2014) layihələrini uğurla həyata keçirmişdir.

 

Ünvan:

Azərbaycan, Bakı,

28 May küç.5, mənzil 14/15

 

Tel:  (+994 12) 498 71 10

E-mail: demsech@gmail.com

 

Qorxmaz İbrahimli

Qorxmaz İbrahimli 2008-ci ildən Demokratik Seçki Mərkəzinin rəhbəridir. O, 2003-cü ildən Biosfer İctimai Birliyinə də rəhbərlik edir. Bundan öncə, Q. İbrahimli 1995-1998-ci illərdə özəl şirkətdə şöbə müdürü olmuş, 1998-2000-ci illər arasında isə baş icraçı director vəzifəsini icra etmişdir. Q. İbrahimli 1992-1993-cü illər arasında Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında çalışmışdır. O, 2016-cı ildən bu yana da Azərbaycan Milli QHT Forumunun rəhbəridir.

  1. İbrahimli Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsində bakalavr təhsili almışdır.

Email: demsech@gmail.com

biosfer65@gmail.com