Mirvari Qəhrəmanlı – Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyi

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT) Azərbaycanın enerji sektorunda insan haqlarının qorunması, enerji sektoru ilə bağlı maliyyə axınlarından Azərbaycan cəmiyyətinin xeyrinə istifadə olunması və bu sahədə ictimai nəzarət sisteminin yaradılması uğrunda mübarizə aparır.

 

Təşkilatın hüquqi statusu və fəaliyyətləri

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT) İctimai Birliyi 1996-cı ildə Azərbaycanın neft və qaz sektorunda çalışan insanların hüquqlarının müdafiəsi və ölkənin enerji sektorunda reallaşdırılan layihələr üzərində vətəndaş cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən yaradılıb. Yarandığı gündən NHMT çoxsaylı bir-biri ilə əlaqəli silsilə layihələr və proqramlar həyata keçirmiş və uğurlar əldə etmişdir.

Fəaliyyət sahələri:

– İctimai nəzarət-monitorinq, tədqiqat

– İnsan hüquqlarının müdafiəsi, hüquqi yardım, maarifləndirmə

– Lobbiçilik

– Regionlarda icma ilə iş, icma  üzvlərini fəallaşdırmaq

– KİV-dən istifadə-ictimai məlumatlandırma

 

Təşkilatın fəaliyyət istiqamətləri:

  1. Əmək hüquqlarının müdafiəsi və təlimi
  2. Neftdən əldə olunan vəsaitlərdən şəffaf və ədalətli xərclənməsi sahəsində fəaliyyət: 3.  Ölkədə korrupsiyaya qarşı mübarizə proqramının həyata keçirilməsində fəaliyyət
  3. İri miqyaslı neft layihələri , o cümlədən Beynəlxalq Maliyyə  İnstitutları tərəfindən maliyyələşən layihələr üzərində ictimai nəzarət sisteminin qurulması
  4. Gender fəaliyyəti

 

Ünvan:

AZ1060K

Bakı, Azərbaycan,

Balakişiyev 15,

Mənzil 6

Tel: (+994 12) 520 34 59

Vebsayt: http://nhmt-az.org/frontend/index.php

 

 

Mirvari Qəhrəmanlı

Mirvari Qəhramanlı Açıq Hökumət Platformasına 2016-cı ilin sentyabr ayında üzv olmuşdur.

  1. Qəhrəmanlı, 1996-cı ildən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri vəzifəsində çalışır. M. Qəhrəmanlı fəaliyyətinə 1992-ci ildə SOCAR-da başlamış və 2002-ci ilə qədər orada işləmişdir. O, 1995-ci ildən 2002-ci ilə qədər SOCAR-ın Kommunikasiya idarəsinin rəhbəri kimi fəaliyyət göstərmişdir. Bundan öncə isə M. Qəhramanlı Neft və Qaz hasilatı idarəsinə rəhbərlik etmişdir. Mirvari xanım Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri kimi bir çox beynəlxalq konfranslarda iştirak etmişdir.
  2. Qəhrəmanlı Neft və Kimya Universitetinin (hazırkı Azərbaycan Dövlət Neft Akademiyası) bakalavr pilləsindən məzundur.

Email: mirvari.gahramanli@gmail.com