Mirəli Hüsynov – Demokratiyanı Öyrənmə İctimai Birliyi

Demokratiyanı Öyrənmə İctimai Birliyi

Demokratiyanı Öyrənmə İctimai Birliyinin (DÖİB) əsası 2006-cı il martın 15-i qoyulmuş və həmin il də dövlət qeydiyyatından keçmişdir. Təşkilatın əsas missiyası Azərbaycanda demokratik müəssisələri gücləndirmək və vətəndaş iştirakçılığını artırmaqla demokratik cəmiyyətin yaradılmasıdır. DÖİB şəffaflığın, vətəndaş iştirakçılığının və seçkilərdə demokratiyanın artırılmasına töhfə verən bir sıra layihələr həyata keçirmişdir.

Təşkilat əsas partnyorları olan Avrasiya Əməkdaşlıq Fondu, Qara Dəniz Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi, ABA-CEELİ və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu ilə 30-dan çox layihə və proqramlar həyata keçirmişdir.

Bunlardan bəzilərinə misal olaraq “İctimai nəzarətin həyata keçirilməsində vətəndaş cəmiyyəti subyektlərinin rolunun gücləndirilməsi”, “Azərbaycanın regionlarındə gənclərin səriştələrinin artırılması”, “Bələdiyyə idarəetməsində səmərəliliyin və iştirakçılığın artırılması ilə şəffaflığın təmin edilməsi” və s. adlarını qeyd etmək olar.

 

Tel: (+994 12) 449 37 41

Mobil: (+994 50) 346 16 59

(+994 50) 349 06 14

Email: office.DLPU@gmail.com

Vebsayt: www.toplum.org.az

 

Mirəli Hüseynov

Mirəli Hüseynov Açıq Hökumət Platformasına 2016-cı il Sentyabr ayında üzv olmuşdur. O, 2006-cı ildən etibarən “Demokratiyanı Öyrənmə İctimai Birliyi”nin rəhbər kimi çalışır. Demokratiyanı Öyrənmə İctimai Birliyinin rəhbəri kimi M. Hüseynov demokratik seçkilər, vətəndaş iştirakçılığı, bələdiyyələrin idarəedilməsi və hüquqi məlumatlılığın artırılması sahəsində bir çox layihələr həyata keçirmişdir. Burada işləmədən öncə o, 2002-ci 2006-cı illər arasında Beynəlxalq Seçki Sistemləri Fondunun Azərbaycan ofisində işləmişdir.

  1. Hüseynov Bakı Dövlət Universitetinin Hüquq fakultəsi məzunudur.

Email: mirelihuseynov@gmail.com