İsrail İsgəndərov – “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi əhalinin aztəminatlı təbəqələrinə onların əsas ehtiyaclarının ödənilməsində, sosial problemlərinin həllində, təhsil şəraitinin yaxşılaşdırılmasında, icmaların inkişafında, əhali üçün iqtisadi imkanların yaradılmasında və s. yardım edən müstəqil milli qeyri-hökumət təşkilatıdır. “Ümid” SİD İB ilk fəaliyyətinə 1997-ci ildə Sumqayıtda yerləşən xırda köçkün icması ilə kiçik həcmli kredit layihəsinin yerinə yetirilməsi ilə başlamışdır. Bu layihə üzrə nümayiş etdirdiyi uğurlu iş və innovasiya ilə “Ümid” nüfuz qazandı və inkişaf etməyə başladı. 6 mart 1998-ci ildə təşkilat rəsmi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçir.

“Ümid” SİD İB-nin missiyası aztəminatlı əhalinin sosial, iqtisadi və təhsil problemlərinin həllinə dəstək verməkdir. Təşkilatın məqsədləri iqtisadi və məşğulluq imkanlarının Biznes İnkişafı Xidməti (təlim, konsultasiya, təlimatlandırma), usta yanında şagird hazırlığı, kredit fəaliyyəti və şəbəkə vasitəsilə genişləndirmək, hədəf icmaların özünə inamını sosial, təhsil və iqtisadi ehtiyaclarla bağlı qarşıya çıxan problemləri həll etmək istiqamətində təlimatlandırmaqla nail olmaq, icmanın savadlanmasını onları təhsilə və məlumatlılığı artırmağa cəlb etməklə təmin etmək, rəsmi və qeyri-rəsmi qurumların inkişafını onların təşkilati və idarəetmə bacarıqlarını davamlı və peşəkar texniki kömək göstərməklə dəstəkləmək, qurum və icmalara şəffaf, birgə işləmək, məsuliyyətli olmaqla özünün davamlı inkişafını təmin etməkdə kömək etməkdir.

Artıq 18 ildir ki, fəaliyyət göstərən “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti (NK), Qeyri-Hökumət Təşkilatları Şurası (QHT), Təhsil Nazirliyi (TN), Avropa İttifaqı (Aİ), British Petroleum (BP), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (ABŞ BİA) və Birləşmiş Millətlər orqanları (BMT-nin Uşaq Fondu, BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı) ilə əməkdaşlıq edir.

Ünvan:

Az 1138,

Bakı, Azərbaycan,

Yasamal r., Ə. Cavad 7A

Tel: (+994 12) 434 53 15

Faks: (+994 12) 434 96 98

E-mail: office@umid-sid.az

Vebsayt: www.umid-sid.az

 

İsrayıl İsgəndərov

İsgəndərov İsrayıl 2016-cı ilin Sentyabr ayında Açıq Hökumət Platformasına üzv olmuşdur.

İ. İsgəndərov 1995-1997-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində baş referent vəzifəsində işləmişdir. 1997-1998-ci ildə Danimarka Qaçqınlar Şurasında Gəlir yaradılması üzrə Proqram yardımçısı, biznes, menecment, monitorinq, vergi sistemi, mühasibatlıq üzrə assistent olmuşdur. 1997-ci ildən “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktorudur. Bundan əlavə, 5 ildir (2011-hazırki tarix) ki, Azərbaycan Turizm və Menecment Universitetində “Menecment” kafedrasının müdiridir. O, 16 elmi məqalə, Menecment, Təşkilati Davranış və Korporativ Sosial Məsuliyyət adlı 3 dərsliyin müəllifidir.

İ. İsgəndərov 1978-ci ildə V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1998-ci ildə Xəzər Universitetini bitirmişdir. 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında Riyaziyyat və mexanika İnstitutunda fizikariyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1981-1998-ci illər ərzində Su Problemləri üzrə Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə (elmi işçi, baş elmi işçi, Avtomatlaşdırma və Texnoloji proseduralar sektorunun müdiri) çalışmışdır.

Email: iisgandarov@umid-sid.az