İlham Səfərov – “İnternyus Azərbaycan” İctimai Birliyi

“İnternyus Azərbaycan” İctimai Birliyi

“İnternyus Azərbaycan” təşkilat kimi öz ofisini Azərbaycan Respublikasının Bakı şəhərində 1997-ci ildə açmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2002-ci ilin May ayında Internyus Azərbaycan İctimai Birliyi (IAIB) adı altında rəsmi şəkildə qeydiyyatdan keçmişdir. 2004-cü ilin sonuna kimi İAİB, əsasən, Amerika Birləşmiş Ştatlarının qeyri-hökümət təşkilatı olan İnternyus Şəbəkəsinin yerli partnyoru kimi çalışaraq USAİD tərəfindən maliyyələşən media layihələrin icrası ilə məşğul olurdu. 2005-ci ilin yanvar ayından etibarən İnternyus Azərbaycan müstəqil yerli təşkilat kimi müxtəlif A.B.Ş. və Avropa fondları tərəfindən maliyyələşən öz layihələrinin yaradılması və icrasını yerinə yetirir.

Təşkilat özünün televiziya proqramlarını hazırlayaraq yerli televiziya stansiyalarına təmənnasız olaraq təqdim edir. Internyus eyni zamanda yerli jurnalistlərə təlim məqsədilə seminarlar təşkil edir, onlara hüquqi yardım edir, müstəqil kütləvi informasiya vasitələrinə müvəqqəti istifadə üçün lazımi kameralar, montaj avadanlğı və kompüterlər təklif edir. Fəaliyyətinin əvvəlində Azərbaycandakı müstəqil televiziya stansiyalarına yardım edən bu təşkilat yaxınlarda öz faliyyətini çap və radio sahələrinə də genişləndirmişdir. Yerli kütləvi informasiya vasitələri ilə əməkdaşlıq şəraitində işləyərək Internyus həm də ölkə əhalisinə obyektiv və qərəzsiz informasiya təklif edir.

İnternyus Azərbaycan 35 işçisi olan ictimai birlikdir. Təşkilatın məqsədi Azərbaycanda fəaliyyət göstərən media nümayəndələrinin inkişafı üçün yayım, çap və radio kamunikasiya sistemləri də daxil olmaqla müxtəlif təmənnasız yardımların təklif edilməsidir. Həmçinin, fəaliyyət çərçivəsinə təhsil, mədəniyyət və elm sahələri də daxildir. İnternews-Azərbaycan kütləvi informasiya sahəsində böyük təcrübəyə malik olan yüksək səviyyəli mütəxəssislərdən ibarət komandaya malikdir.

Bu gün, İnternyus Azərbaycan müstəqil yerli təşkilat olaraq Azərbaycan mediyasının inkişafına öz tövsiyəsini verməkdə davam edir.

Ünvan:

Bakı, Azərbaycan,

Həsən bəy Zərdabi pr. 71A

Mən.7

 

Tel: (+994 12) 4972102

Email: ilham@internews.az

 

İlham Səfərov

Ilham Səfərov Açıq Hökumət Platformasına 2016-cı ilin sentyabr ayında üzv olmuşdur. O, 2004-cü ildən İnternews Azərbaycan İctimai Birliyinə rəhbərlik edir. 1997 və 2004-cü illər arasında İnternews şəbəkəsində icraçı direktor vəzifəsində çalışmışdır. İ. Səfərov İSAR təşkilatının və Milli Məclisin Mətbuat xidmətinin rəhbər vəzifələrində işləmişdir.

İ. Səfərov Ural Dövlət Universiteti və Moskva Dövlət Mədəniyyət İnstitutunda təhsil almışdır.

Email: ilham@internews.az