Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondu

Konstitusiya Araşdırmalar Fondu

Konstitusiya Araşdırmalar Fondunun əsası 2003-cü il May ayında qoyulmuş və 2004-cü ildə dövlət qeydiyyatına alınmışdır. Fondun rəhbəri Əliməmməd Nuriyevdir.

Fonudun əsas məqsədi, Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik-hüquqi dövlətin möhkəmlənməsinə, demokratik institutların və dəyərlərin inkişaf etdirilməsinə yardım göstərməkdən ibarətdir. Həmçinin, Fondun məqsədələri sırasına hökumətin cəmiyyət qarşısısında hesabatlılığının, onun fəaliyyətində şəffalığın artırılmasına nail olmaq, korrupsiyaya qarşı daha effektiv mübarizə aparılmasına yardım göstərilməsi daxildir. Bu məqsədlərə nail olmaq üçün Fond aşağıdakıları həyata keçirdir:

  • Konstitusion Hüquq sahəsində tədbirlərin həyata keçirilməsi
  • Azərbaycan Respublikası Konstitusiyasında qeyd olunmuş normaların müdafiəsi və təbliği
  • Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən müəssisələrin inkişafına dəstək
  • Vətəndaşların konstitusion hüquqlarının və öhdəliklərinin müdafiəsi
  • Demokratik dəyərlərin öyrənilməsi və təbliği
  • Demokratik təşkilatların və müəssisələrin, həmçinin bələdiyyə institutlarının inkişafına dəstək
  • Azərbaycan Respublikasının qanunvericilik sisteminin təkmilləşdirilməsinə yardım
  • Beynəlxalq (xarici) Təcrübənin öyrənilməsi
  • Demokratik institutların inkişafı sahəsində maarifləndirmə işinin həyata keçirilməsi, həmçinin əhalinin biliklərinin artırılması
  • Konstitusiya hüquq və öhdəlikləri ilə bağlı monitorinq aparmaq

Fond İctimai Televiziya haqqında alternativ qanun layihəsinin hazırlanmasında iştirak etmişdir. Fondun prezidenti 2003-cü ildə “Free Person” təşkilatı tərəfindən sifariş olunan “ Dövlət sirri haqqında” qanun layihəsinin və “Yeni Nəsil” Jurnalistlər Birliyinin sifarişi ilə “Mətbuat azadlığı haqqında” qanun layihəsi müəlliflərindən biridir. Fondun prezidenti həmçinin “Şəffaflıq Azərbaycan” təşkilatının təlimatı ilə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun layihəsinə şərh hazırlamışdır. “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Azərbaycanda Korrupsiya vəziyyəti: necə mübarizə aparmalı” adlı radio proqram layihəsi, Dünya Bankı tərəfindən elan olunmuş və Avrasiya Fondu tərəfindən maliyyələşdirilmiş müsabiqənin qalibi olmuşdur. Fond həmçinin Açıq Cəmiyyət İnstitutu-Yardım fondunun dəstəyi ilə “Əhaliyə pullu xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin monitorinqi” layihəsini həyata keçirmişdir. Fond ATƏT-in maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində “Azərbaycanda Korrupsiya” adlı kitabın hazırlanmasında da iştirak etmişdir. Fond Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının köməyi ilə “QHT-lərin fəaliyyətində şəffaflığın artırılmasına kömək” layihəsini həyata keçirmişdir. Fondun prezidenti Korrupsiya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatorudur. “Neft Fondu haqqında” qanun layihəsi Fond tərəfindən Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə dəstəyi ilə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən həyata keçirilən layihə çərçivəsində hazırlanmışdır. Fond ATƏT, AŞPA, Dünya Bankı, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, Avrasiya Fondu, Fridric Numan Fondu, ABACELL, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Türkiyə səfirlikləri ilə əməkdaşlıq edir. Fond əsasən yerli və xarici donorların qrantı hesabına fəaliyyət göstərir. Eyni zamanda, Fond müxtəlif sahələrdən olan tanınmış ekspertlərlə əməkdaşlıq edir.

Fondun Həyata keçirdiyi layihələr aşağıdakılardır:

  • Dünya Bankı və Avrasiya Fondunun dəstəyi ilə 2006-cı ildə “Azərbaycanda Korrupsiyanın vəziyyəti: necə mübarizə aparmalı” layihəsi
  • Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun dəstəyi ilə 2007-ci ildə “Əhaliyə pullu xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin monitorinqi” layihəsi
  • Azərbaycan Respublikasinin Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 2008-ci ildə “QHT-lərin fəaliyyətində şəffalığın artırılmasına dəstək” layihəsi
  • Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın dəstəyi ilə 2008-ci ildə “Azərbaycanda Korrupsiyanın vəziyyəti: rəy sorğusu keçirilməsi” layihəsi
  • Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun dəstəyi ilə 2008-2009-cu illərdə “QHT-lərin fəaliyyətində yaxşı idarəetmə, şəffaflıq və hesabatlılığın artırılmasına dəstək” layihəsi
  • Azərbaycan Respublikasinin Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 2009-cu ildə “Hüquqi-normativ aktların anti-korrupsion ekspertizası” haqqında qanun layihəsinin hazırlanması
  • Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun dəstəyi ilə 2010-2011-ci illərdə “Kommunal sahədə istehlakçı hüquqlarının müdafiəsi” layihəsi
  • Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun dəstəyi ilə 2010-2011-ci illərdə “Kommunal sahədə istehlakçı hüquqlarının müdafiəsi” layihəsi (1-ci mərhələ)
  • Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyi ilə 2011-ci ildə “İƏİT və GRECO-nun hökumətə tövsiyələrinin həyata keçirilməsi üzrə monitorinq”
  • Azərbaycan Respublikasinin Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə
  • Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun dəstəyi ilə “Daşınmaz əmlakın dövlət reestrinin monitorinq metodologiyasının hazırlanması” layihəsi
  • Azərbaycan Respublikasinin Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Korrupsiyanın vəziyyətinə dair rəy sorğusu keçirilməsi və illik hesabat hazırlanması” layihəsi
  • Şəffaflığın artıtılması və Korrupsiyaya qarşı Mübarizə  üzrə  Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planını Alternativ Monitrorinqi – Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyinin Vətəndaş Cəmiyyəti Layihəsi tərəfindən dəstəklənmiş layihə
  • Yoxsulluğun azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramındakı əhalinin sosial müdafiəsi ilə bağlı tədbirlərin alternativ monitorinqi – Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyinin Vətəndaş Cəmiyyəti Layihəsi tərəfindən dəstəklənmiş layihə
  • Azərbaycan Respublikasinin Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Antikorrupsion ekspertiza haqqında qanun layihəsinin hazırlanması” layihəsi
  • 2012-2013-cü Fond Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə Dövlət orqanları tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin idarəetmə, şəffaflıq və keyfiyyətinin artırılması layihəsini həyata keçirib.
  • 2013-cü ildə ATƏT tərəfindən dəstəklənən “Həbsxanalarda Monitorinq-2013” adlı layihə
  • 2013-2016-cı illər  USAID-in dəstəyi ilə “Şəffaflıq Azərbaycan”  tərəfindən icra olunan Azərbayan Şəffaflıq Tərəfdaşlığı layihə çərçivəsində “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasının monitorinqi
  • 2016-cı il “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi” layihəsi
  • 2016-2017-ci il  Avopa İttifaqının dəstəyi ilə “Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsi
  • 2016-cı il Almaniya Federativ Respublikasının “MitOst” Assosiasiyasının dəstəyi ilə “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsi
  • 2013-2016-cı illər USAID-in dəstəyi ilə “Şəffaflıq Azərbaycan” tərəfindən icra olunan Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi çərçivəsində “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasının monitorinqi
  • 2016-cı il “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi”layihəsi
  • 2016-2017-ci il Avopa İttifaqının dəstəyi ilə “Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsi
  • 2016-cı il Almaniya Federativ Respublikasının “MitOst” Assosiasiyasının dəstəyi ilə “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsi

 

Ünvan:

Bakı, Azərbaycan,

  1. Əfəndiyev 7, mənzil 24,

AZ1001

Telefon: (+994) 492 57 26

Email: kafondu@yandex.com

 

Əliməmməd Nuriyev

1992-ci ildən sonra Azərbaycan Хalq Cəbhəsi Partiyasının (AХCP) rəhbərliyində təmsil olunan Əliməmməd Nuriyеv partiyanın fəaliyyətində, sеçki prosеslərində, qanun layihələrinin proqram və konsеpsiyaların hazırlanmasında  aktiv iştirak еdib, seçki qərərgahının sədri olub.

Siyasi fəaliyyətlə yanaşı Əlimməd Nuriyеv pеdaqoji sahədə də fəaliyyət göstərərək 1995-2000-ci illər arasında bir sıra ali məktəblərdə hüquq fənnini tədris еdib. Əliməmməd Nuriyеv həmçinin  «Hüquq: azadlığımızın  ölçüsü» еnsiklopеdik nəşrin müəllifidir.

Bütün bunlarla yanaşı Əliməmməd Nuriyеv insanların hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətinə ara vеrməyib. 1996-2000-ci illərdə o, hüquq müdafiə fəaliyyəti ilə məşğul olub.

Əliməmməd Nuriyеv хüsusən məmur özbaşınalığı, əhalinin sosial hüquqlarının təmini, onların rifah halının yaхşılaşdırılması ilə bağlı məsələləri daha çoх qaldıran millət vəkili kimi hər zaman fərqlənib. Onun korrupsiyaya, rüşvətхorluğa qarşı Milli Məclisdəki fəaliyyəti хüsusilə sеçilib. Bеlə ki, Əliməmməd Nuriyеv Anti-korrupsiya qanunvericiliyinin və siyasətinin hazırlanmasında fəal iştirak еdib. Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının еkspеrtidir.

2003-cu ildən “Konstitusiya” Araşdırmaları Fondunun prezidentidir.

2006-cı ildə yaradılmış Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru sеçilib.

Əliməmməd Nuriyev Azərbaycan 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə sahəsində ekspert qrupunda çalışır.

Azərbaycan Hüquqşunaslar Konfederasiyasının İdarə Heyətinin, Azərbaycan Hüquqşünaslar forumunun həmsədri, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının İdare heyətinin üzvü, Insan Hüquqlarına dair Beynelxalq Standartların Implementasiyası Üzrə Beynəlxalq Işçi Qrupunun üzvü, Təhsil Nazirliyi Yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupunun üzvüdür.

Əliməmməd Nuriyev 2010-cu il 10-13 Noyabr tarixlərində Taylandın Bankok şəhərində keçirilən 14-cü Beynəlxalq Anti-korrupsiya Konfransında iştirak etmişdir.

 

Qanun layihələrinin hazırlnaması

 

1995-200-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə seçkilər, Bələdiyyələrin statusu, Bələdiyyələrə seçkilər haqqında habelə prezident seçkiləri haqqında alternativ qanun layihələrinin həmmüəlliflərindən biri olmuşdur.

Əliməmməd Nuriyеv «Korrupsiyaya qarşı mübarizə haqqında», «Dövlət qulluqçuların etik davranış kodeksi haqqında», «İnformasiya əldə edilməsi haqqında», «Dövlət qulluqçuların etik davranış kodeksi haqqında» qanunların, «Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşması haqqında» qanun layihəsinin və digər bir çox qanun layihələrinin hazırlanmasında işçi qrupunun tərkibində fəaliyyət göstərmişdir.

«Yeni Nəsil» Jurnalistlər Birliyinin KİV haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı bir sıra qanun layihələrinin hazırlanmasında («Televiziya və radio yayımı haqqında», «İctimai televiziya haqqında», «İnformasiya azadlığı haqqında» «Diffamasiya haqqında») iştirak etmişdir.

Əliməmməd Nuriyev 2003-cü ildə «Frее Pеrsоn» təşkilatının sifarişi ilə «Dövlət Sirri» haqqında hazırlanmış qanun layihəsinin müəlliflərindən biridir. Həmçinin “AIDS xəstəliyinin yayılmasının qarşısının alınması haqqında” qanuna əlavə və dəyişiklər edilməsində, “Narkoloji xidmət və nəzarət haqqında”, “Psixiatriya yardimi haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Dərman vasitələri haqqında” qanunun hazırlanmasında iştirak edib.

Əliməmməd Nuriyev “World Vision” təşkilatının sifarişi ilə “İnkluziv Təhsil haqqında” qanun layihəsini hazırlamışdır.

Əliməmməd Nuriyev 2009-cu ildə “Neft Fondu haqqında” qanun layihəsini hazırlamışdır.

“QHT-lər (Fondlar) Haqqında” qanun layihəsinin hazırlanması zamanı işçi qrupunun üzvü olmuş, hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən QHT-lər haqqında qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə yaradılmış işçi qrupunun rəhbəridir.

Email: nuriyevalimammad@gmail.com