Ceyhun Musaoğlu – “Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyi

Jurnalist Ekspert Mərkəzi

 

Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) 2011-ci il dekabrın 29-da dövlət qeydiyyatına alınıb. Əsas fəaliyyət sferası jurnalistikadır. Məqsədi  mətbuatın peşəkarlıq səviyyəsinin yüksəlməsinə dəstək olmaq və jurnalistlərlə ictimaiyyət arasında şəffaf mühitin formlaşmasına xidmət etməkdir.

Jurnalist Ekspert Mərkəzi heç bir beynəlxalq koalisiyanın üzvü deyil, beynəlxalq səviyyəli donorlrl iş birliyində olmayıb.

Jurnalist Ekspert Mərkəzinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi layihələr:

2012-ci il: “Beyin Mərkəzlərinin rolunun artırılması və KİV-in ictimai müzakirələrə dəstək verməsi”;

2013-cü il:  “Qaçqın, məcburi köçkün, müharibə əlili və şəhid ailələrinin problemlərini mətbuata çıxarmadan rəsmi qurumlara təqdim etmək;

2014-cü il:  “Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” (ingilis dilində kitab hazırlamaq);

2015-ci il: “DİQQƏT! Düşmən mətbuatıdır”.

2016-cı il: Azərbaycan Prezidentinin alimlərə ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi”.

 

Ünvan:

AZ 1069

Azərbaycan, Bakı,

  1. Qarabaylı küç. 7

 

Tel: (+994 12) 561 71 41

Mobil: (+994 55) 717 20 61

E-mail: ceyhunmusaoglu@mail.ru

 

Ceyhun Musayev

Ceyhun Musayev (Musaoğlu) Açıq Hökumət Platformasına 2016-cı ilin Sentyabr ayında qoşulmuşdur.

  1. Musayev 2011-ci ildə Jurnalist Ekspert Mərkəzi adlı İctimai Təşkilat yaradıb. JEM bir il sonra dövlət qeydiyyatından keçib. Həmin təşkilatın rəhbəridir. JEM-in məqsədi Azərbaycan jurnalistikasının inkişafına töhfə verməkdir.

O, 1998-ci ildən müxtəlif qəzetlərlə əməkdaşlığa başlayıb. Bu sırada “Günaydın”, “Hürriyyət”, “Politika”, “Ədalət” qəzetlərinin, Azerfaks.az, Qafqazinfo.az, Aznews.az saytlarının adını xüsusi ilə çəkmək olar.

2002-ci ildə mətbuatın ən nüfuzlu mükafatı olan “Media Açarı”nı publisistika üzrə qazanıb. Müxtəlif müsabiqələrdə 1-ci yerə layiq görülüb, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqələrdə dəfələrlə qalib olub.

2005-ci ildə Milli Məclisə keçirilən seçkilərdə 45 sayl Abşeron rayon Seçki Dairəsindən deputatlığa namizəd olub. Alternativ namizədi, hazırda parlamentin spikeri Oqtay Əsədovdur.

Uzun illərdi mətbuatda publisist və bədii yazılarla çıxış edir.

2014-cü ildə hazırladığı layihənin nəticəsi ilə əlaqədar QHT Dövlət Dəstəyi Şurasının Fəxri Fərmanı ilə təltif edilib.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” Medalına layiq görülüb.

  1. Musayev 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olub. 1998-ci ildən Akademiyadakı təhsilini davam etdirib və 2001-ci ildə ali məktəbi bitirib.

2015-ci ildən Ural Federal Universitetində magistr təhsili alır.

Email: ceyhunmusaoglu@mail.ru