“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir “Konstitusiya” Araşdırmalar Fondu Avropa Ittifaq; v’ BMT-nin İnkişaf Proqramının dəstəyi ilə “Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılmasına dəstək” layihəsini həyata keçirir. Fond Layihə çərçivəsində Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi vakansiya elan edir. Hüquqşünas xidmətləri aşağıdakılardan ibarət […]
Author: admin
Yeni Açıq Hökumət Milli Fəaliyyət Planının hazırlanması üzrə “Yol xəritəsi”nin müzakirəsi keçirilir
Hörmətli QHT nümayəndələri Sizləri 27.02.2019-cu il tarixində Hiyyat Regency Bakı mehmanxanasının Bakı zalında saat 11.00-dan – 13.00-dək keçiriləcək “Yeni Açıq Hökumət Milli Fəaliyyət Planının hazırlanması üzrə “Yol xəritəsi””nin müzakirəsinə dəvət edirik. Tədbirdə Açıq Hökumət Platforması üzvləri, digər QHT-lər və Korupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi iştirak edəcək. “Yol xəritəsi” Azərbaycan Açıq Hökumət Platformasının saytında yerləşdirilib. Bu link vasitəsilə yükləyə bilərsiniz. https://ogp.org.az/az/wp-content/uploads/2019/02/RoadMapOGPfinal.pdf Xatırladaq […]
Dövlət orqanlarında “Asan xidmət” standartları necə tətbiq olunur?
“Asan xidmət” mərkəzlərində rəhbər tutulan standartların dövlət orqanlarının xidmət mərkəzlərində tətbiqi vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 8.6-cı bəndinə əsasən, “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Azərbaycan Açıq Hökumət Platformasının üzvü […]
Azərbaycan Açıq Hökumət Platformasına yeni üzvlər qəbul edilib
Azərbaycan Açıq Hökumət Platforması 2018-ci ilin yekunlarını müzakirə edib, 2019-cu il üçün qarşıda duran vəzifələr və nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb. Platformaya yeni üzvlər qəbul edilib. Toplantıda Platformanın koordinatoru Əliməmməd Nuriyev 2018-ci ildə görülən işlər barədə məlumat verib. Gömrük orqanlarının fəaliyyətində, daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflıq və hesabatlılıq məsələlərinə həsr olunan, Əmlak Məsələləri […]
Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı 81.76% icra olunub
Azərbaycan Açıq Hökumət Platforması “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə «Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasının monitorinqinin nəticələrini təqdim edib. Monitorinq QHT-lərə Dövlət Dəstəyi Şurasın tərəfindən dəstəklənən layihə çərçivəsində aparılıb. Tədbirdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyinin, Milli Fəaliyyət Planında icraçı kimi nəzərdə tutulan dövlət orqanlarının əməkdaşları, Platforma üzvləri, müstəqil ekspertlər, […]
“KİV-in insan hüquqlarının qorunmasında rolu” adlı kitabça hazırlanıb
Jurnalistlərə insan hüquqları sahəsində təlim keçirilib İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Jurnalistlərin insan hüquqları sahəsində bilik və bacarıqlarının artırılmasına yardım göstərilməsi” layihəsini həyata keçirib. Layihə KİV-in insan hüquqlarının qorunmasında rolunun gücləndirilməsi, KİV-in fəaliyyətində insan hüquqlarının qorunması probemlərinin həllinə maarifçilik tədbirləri vasitəsilə yardım göstərilməsini […]
“Salyan Oil LTD” Şirkəti tərəfindən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının məhkəməyə verilməsi ilə bağlı Bəyanat
Azərbaycanın Salyan rayonu ərazisində yerləşən Kürsəngi -Qarabağlı neft yataqlarının istismarı ilə məşğul olan “Salyan Oil LTD” Şirkəti ( baş menecer Shan Liancenq) və şirkətin Həmkarlar Təşkilatı (sədr Əlverdi Xudiyev ) iddia ərizəsi ilə Salyan rayon məhkəməsinə müraciət edib. İddia ərizəsində şirkətə dəyən maddi və mənəvi ziyan üçün şirkətin keçmiş işçiləri xanım Zəkayət Abdullayevadan və xanım Mehparə […]
Bölgələrdə “Azərbaycanda hasilat sənayesində şəffaflıq” mövzusunda İctimai mühazirələr keçirilib
“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hasilat Sənayesində Şəffaflıq proesesi və hesabatı ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsini həyata keçirir. Layihənin məqsədi Hasilat Sənayesində Şəffaflıq” (HSŞ) prosesləri və hesabatlarının geniş ictimaiyyətə çatdırılması və populyarlaşdırılması, HSŞ proseslərində iştirakçılığın artırılması, HSŞ prosesinə ictimai inamın və etimadın […]
“Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi” layihəsi başa çatdırılib
“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi” layihəsinin icrasını başa çatdırıb. İctimai Birlikdən SalamNews-a verilən məlumata görə, layihənin məqsədi cəmiyyətdə tolerantlıq dəyərlərinin daha geniş təşəkkül tapmasına yardım göstərilməsi olub. Layihə çərçivəsində Bakı şəhərində gənclər, tələbələr, vətəndaş cəmiyyəti fəalları, sosial şəbəkələrin fəal […]
“ASAN İmza”dan istifadə tarifləri və digər məsələlər hökumət tərəfindən müəyyən olunmalıdır.
Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması “ASAN İmza” xidmətinin abunə haqqının artırılması ilə bağlı Bəyanat verib “ASAN İmza”nın operatoru “Best Solutions” MMC və üç mobil operator bu xidmət üzrə aylıq abunə haqqının 2.5 dəfə artırıldığını açıqlayıblar. 15.08.2018-ci il tarixindən etibarən “Asan İmza” xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi […]