“Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradlılacaq

Beynəlxalq Açıq Hökümət Tərəfdaşlığı Təşəbüsünündə Azərbaycanda vətəndaş cəmiyyətnin rolunun gücləndirilməsi və geniş maarifçilik, təşviqat işinin aparılması tövsiyyəsinə uyğun olaraq  “Açıq Hökümət” TV onlayn-televiziyası fəaliyyətə başlayacaq “Açıq hökümət” TV Açıq Hökümətin Təşviqinə dair Hökümət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının saytı, YouTube video-hostinq, Facebook sosial şəbəkəsi üzərindən yayımlanacaq. “Açıq Hökümət” TV onlayn-televiziyası Azərbayan Respublikasının Prezidenti yanında QHT-lərə […]

Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının hazırlanmasında iştirakçılıq gücləndiriləcək

“Prioritet”  Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində tədqiqatların aparılması və tədbirlərin keçirilməsi” layihəsinin icrasına başalyıb   Layihənin məqsədi “2020-2022-ci illər üçün yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı”nın hazırlanmasına vətəndaş cəmiyyətinin fəal cəlb edilməsi, bütün maraqlı […]

Vətəndaş cəmiyyəti üçün əlverişli mühitin yaradılması müzakirə edilib

 Yeni  Açıq Hökumətin Milli Fəaliyyət  Planının hazırlanması müzakirələri davam edir Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclasında vətəndaş cəmiyyətinin fəaliyyəti  üçün əlverişli mühitin yaradılması və təhsil sektoru ilə bağlı hazırlanan təkliflər müzakirə olunub.  İşçi qrupun toplantısı 19 iyul 2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətində keçirilib. İclasda AR […]

Açıq Hökumət üzrə yeni Milli Fəaliyyət Planı çərçivəsində dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi müzakirə edilib

12 iyul 2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətində Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclası keçirilib İclasda  AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyinin rəhbəri Kamal Cəfərov, dövlət orqanlarının təmsilçiləri, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru və üzvləri, həmçinin QHT nümayəndələri iştirak ediblər. İclasda Açıq Hökumətin Təşviqi üzrə […]

Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planının hazırlanması müzakirə edilib

05 iyul 2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətində Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun iclası keçirilib. İclasda  AR Dövlət Miqrasiya Xidmətinin rəisi, Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü üzrə AR hökumətinin məsul nümayəndəsi Vüsal Hüseynov, AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyinin nümayəndəsi, dövlət orqanlarının təmsilçiləri, Azərbaycan Açıq Hökumət […]

Açıq Hökumətin Təşviqinə dair yeni Milli Fəaliyyət Planının hazırlanmasına başlanılır

Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının icra müddəti bitdikdən sonra, Azərbaycan Respublikası Açıq Hökumət Tərəfdaşlığı (AHT) çərçivəsində Açıq Hökumətin Təşviqinə dair yeni Milli Fəaliyyət Planının hazırlanması prosesinə başlamışdır. Yeni Milli Fəaliyyət Planı hökumətlə qeyri-hökumət təşkilatları arasında aparılan dialoq yolu ilə, əvvəlki Milli Fəaliyyət Planından əldə edilən təcrübə, həmçinin müasir çağırışlar əsasında […]

Pulsuz hüquqi yardım xidməti üzrə qanunvericilik və praktika müzakirə olunub

İyunun 26-da Bakıda bir qrup vəkil və peşəkar hüquqşünasların iştirakı ilə dövlət hesabına hüquqi yardım xidmətinə çatımlılığın yaxşılaşdırılması mövzusuna həsr olunmuş fokus qrup müzakirə keçirilib. Görüşdə məqsəd pulsuz hüquqi yardım xidməti üzrə mövcud qanunvericilik bazası və praktikadakı boşluqların, çatışmazlıqların aşkarlanması və bu sahədə müsbət dəyişiklərə xidmət edən təklif və tövsiyyələrin əldə edilməsi idi. Xüsusilə əhalinin […]

Sabirabad və İmişlidə vətəndaşların özləri tərəfindən İctimai dinləmələr təşkil edilib

Azərbaycan təcrübəsində ilk dəfə olaraq Sabirabad və İmişli rayonlarında vətəndaşların özlərinin təşəbbüsü ilə yerli əhəmiyyətli məsələlərə həsr olunun ictimai dinləmələr təşkil olunub Yerli sakinlərin, xüsusən gənclərin özləri tərəfindən formalaşdırılan Təşkilat komitələrinin təşəbbüsü ilə Sabirabad rayonunda “Gənclərin təhsil imkanlarının artırılması”,  İmişli rayonunda isə “İmişli rayonunda nəqliyyat və kommunikasiya problemlərinin həlli”  mövzusunda ictimai dinləmə təşkil olunub. İctimai […]

Aran bölgəsində vətəndaşlara ictimai iştirakçılıq təcrübəsi öyrədiləcək

Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz və Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Aran bölgəsində ictimai iştirakçılığın gücləndirilməsi” təşəbbüsü həyata keçirilir. Bu təşəbbüsün məqsədi ictimai iştirakçılığın, ictimai nəzarətin genişlənməsi, uğurlu vətəndaş iştirakçılığı nümunələrinin yardılması və təbliğinə yardım göstərilməsidir. Bu məqsədlə Saatlı, Sabirabad, İmişli və Hacıqabul […]

Açıq Hökumət Platforması Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planının hazırlanmasına başlayır

2019-cu il 01 iyun tarixindən etibarən Azərbaycan Açıq Hökumət Platforması  Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə birgə yeni  Açıq Hökumətin Təşviqinə dair  Milli  Fəaliyyət Planının hazırlanmasına başlayacaq. Yeni Açıq Hökumətin Təşviqinə dair  Milli  Fəaliyyət Planının hazırlanması prosesi Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (OGP) tələbləri nəzərə alınmaqla həyata keçiriləcək. Milli Fəaliyyət Planının hazırlanması ilə əlaqədar ən geniş ictimai və vətəndaş […]