Dövlət hesabına hüquqi yardım xidmətinin vəziyyətilə bağlı araşdırma aparılıb

 8 Oktyabr 2018-ci ildə Azərbaycanda dövlət hesabına hüquqi yardım xidmətinin vəziyyətinə dair araşdırmanın nəticələri təqdim edilib.Təqdimatçı Mirəli Hüseynov bildirib ki, ötən il təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan  vəzifələrdən biri kimi “Pulsuz hüquqi yardım haqqında” Qanun layihəsinin hazırlanması nəzərdə tutulur. Bu baxımdan araşdırmanın məqsədi Azərbaycanda pulsuz hüquqi yardım […]

Açıq Hökumət Milli Fəaliyyət Planı ilə bağlı QHT-lərin təklifləri müzakirə olunub

Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclasında bu vaxta qədər QHT nümayəndələri və dövlət qurumlarının əməkdaşlarının irəli sürdükləri, AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Azərbaycan Açıq Hökumət Platformasına təqdim olunan  təkliflər müzakirə edilib.   Dövlət Miqrasiya Xidmətində,  20 sentyabr 2019-cu il tarixdə keçirilən iclasda AR Korrupsiyaya Qarşı […]

Yeni Açıq Hökumət Planı ilə bağlı onlayn müzakirələr başlayıb

Azərbayan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Açıq Hökumət Platforması ilə birgə İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Açıq hökumətin təşəbbüslərinin təşviqi”  layihəsi çərçivəsində ilk canlı yayımda Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev iştirak edib.  Ə.Nuriyev Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının hazırlanması prosesi, nəzərdə […]

“Doing Business 2020”: Azərbaycan ən islahatçı 20 ölkə sırasındadır

Azərbaycan Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib. Azvision.az xəbər verir ki, hesabata əsasən, Azərbaycan “Doing Business” üzrə dörd sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir. Hesabatda qeyd edilir ki, paytaxtın kadastr […]

Əliməmməd Nuriyev “Bank of Baku”-nu yıxıb -sürüdü: “Tam özbaşınalıqdır” – VİDEO

27 sentyabr 2019-cu ll tarixdə Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev Azərbaycan Açıq Hökumət Platformasının Feysbuk səhifəsində yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının hazırlanması prosesi, nəzərdə tutulan tədbirlər, vətəndaş cəmiyyətinin və vətəndaşların bu prosesdə iştirakı imkanları barədə canlı yayımda sualları cavablandırıb. Canlı yayım vaxtı “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov […]

Səhiyyə sektorunda şəffaflıq və hesabatlılığın artırılması müzakirə olunub

Yeni Açıq Hökumət Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı müzakirələr davam edir. Yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclasında səhiyyə sektorunda korrupsiya hallarının qarşısının alınması, vətəndaş məmnunluğunun təmin edilməsi, şəffaflıq və hesabatlılığın artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi ilə bağlı hazırlanan təkliflər müzakirə olunub. İclasda Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru və üzvləri, […]

Açıq Hökumət təşəbbüsləri kontekstində e- hökumətin inkişafı müzakirə olunub

02 avqust 2019-cu il tarixdə  yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclasında elektron hökumətin inkişafı üzrə təkliflər müzakirə olunub. Dövlət Miqrasiya Xidmətində keçirilən toplantıda AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası Katibliyinin, dövlət orqanlarının təmsilçiləri, Azərbaycan Açıq Hökumət Platformasının üzvləri, Milli QHT Forumu üzvləri, digər vətəndaş cəmiyyəti təşkilatları […]

Açıq Hökumətin Təşviqi üzrə yeni MFP-nin hazırlanması müzakirələrinə dəvət

Vətəndaş cəmiyyətinin diqqətinə Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclası 13 sentyabr 2019-cu il tarixdə, saat 15.00-da Dövlət Miqrasiya Xidmətininin inzibati binasında, Konfrans zalında keçiriləcək. İclasda səhiyyə sektorunda korrupsiya hallarının qarşısının alınması, şəffaflıq və hesabatlılığın artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi ilə əlaqədar təkliflər, məsələlər müzakirə olunacaq. Maraq […]

Hüquqlarınızı bu mobil tətbiq və onlayn resursdan öyrənin

Hüquqlar və qanunlar haqda nə qədər məlumatlısınız? Əmək qanunvericiliyi, nikah və ya əmlak məsələləri, sosial müdafiə və gündəlik həyatımızın ayrılmaz hissəsi olan digər hüquq sahələrində qanunvericilikdən xəbərdarıqmı? Heç bunu yoxladınızmı və ya qanunları öyrənməyə cəhd etdinizmi? “Qanunlar yorucudur, bura girişməyə dəyməz“ – deyib keçməyin. Bəlkə bunu özümüz üçün əyləncəyə çevirə bilərik? Hüquqi məlumatlılığınızı əyləncəli şəkildə […]

Dövlət satınalmalarında şəffaflığın artırılmasına yardım göstəriləcək

“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Dövlət satınalmalarında şəffaflığın artırılmasına yardım göstərilməsi” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi dövlət satınalmalarında şəffaflığın təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə mövcud problemlərin həllinə nail olunması üçün islahatlar gündəliyi formalaşdırılması. Layihə çərçivəsində “Dövlət satınalmaları haqqında” qanunun antikorrupsiya ekpertizası, dövlət […]