Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyevin müsahibəsi

“Yeni Müsavat”-ın “Bizim qonaq” rubrikasında budəfəki qonağımız “Konstitusiya”  Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevdir. Biz onunla QHT-lərin hazırki problemlərindən və Azərbaycanda Açıq Hökumət Təşəbbüsü ilə bağlı görülən işlərdən danışdıq. Əlimməmməd müəllim, hazırda hansı sahələrdə fəaliyyət göstərirsiniz? Əsas işiniz nədən ibarətdir?   Mənim əsas fəaliyyətim vətəndaş cəmiyyəti ilə bağlıdır. Amma eyni zamanda bu sektorun nümayəndəsi olaraq bir […]

Açıq Hökumət Platformasının toplantısı keçirilib –Yeni üzvlər qəbul edilib

Azərbaycanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının növbəti toplantısı keçirilib.  Platformanın koordinatoru Əliməmməd Nuriyev görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, son bir ay ərzində Platforma İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” mövzusunda konfrans keçirib. Konfransda strateji yol […]

“İctimai İştirakçılıq” haqqında Qanunun tətbiqi vəziyyətinin monitorinqi keçirilir

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir. Bu layihə çərçivəsində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, ekspert Sahib Məmmədovla Avrasiya Əməkdaşlıq Fondu arasında imzalanmış 07 mart 2017-ci il tarixli müqavilə əsasında həyata keçirilən “İctimai İştirakçılıq. Mövcud vəziyyətin öyrənilməsi və yeni təşəbbüslərin […]

Hökumət və Vətəndaş Cəmiyyəti Üzvləri Azərbaycanda əhalinin məşğulluq səviyyəsinin artırılması və işsizliyin azaldılmasını müzakirə edəcək

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə “Azərbaycanda əhalinin məşğulluq səviyyəsinin artırılması və işsizliyin azaldılması” mövzusunda dəyirmi masa keçirəcək. 18 aprel 2017-cı il tarixində saat 11.00-dan 13.00-dək «Bridge Plaza»-nın konfrans zalında (14-cü mərtəbə, Bakıxanov küç. 24) təşkil olunacaq tədbir Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökumət […]

Elektron xidmətlərdən istifadədə Mingəçevir sakinlərinə köməkliklərin göstərildi

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir. Bu layihə Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “Elektron xidmətlərdən istifadədə region sakinlərinə  köməkliklərin göstərilməsi” adlı xidmət çərçivəsində icra edilir. Proqram çərçivəsində Mingəçevir şəhərində dövlət […]

Açıq Hökumət Platforması strateji yol xəritələrinin həyata keçirilməsində yaxından iştirak edəcək

“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Açıq Hökumət Platformasının  birgə keçirdiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” mövzusunda konfrans vətəndaş cəmiyyətinin strateji yol xəritələri ilə müəyyənləşən inkişaf hədəflərinə çatmaq üçün həyata keçirilən tədbirlərdə daha yaxından iştirakı məsələlərinin müzakirəsi baxımdan çox əhəmiyyətli oldu”.

Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planının icrası nə vəd edir?

Azərbaycan 2011-ci ildə “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulub. Məqsəd şəffaflığın artırılması və “Açıq Hökumət” sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və ən yaxşı praktikanın formalaşmasıdır. Hökumət “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulmaqla “Açıq Hökumət”in təşviqi və şəffaflığın artırılması ilə əlaqədar öz fəaliyyətini təkmilləşdirmək, bu sahədə aparılan təcrübə mübadiləsinə töhfə vermək və beynəlxalq səylərə […]

Əliməmməd Nuriyev: “QHT-ləri narahat edən problemlər həlli davam edir”

Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev Nazirlər Kabineti tərəfindən “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edilməsi barədə bu gün verilən qərarla bağlı açıqlama verib. Açıqlamada qeyd olunur ki,  bu qərar “Qrant müqavilələrinin (qərarlarının)  qeydə alınması  Qaydası”nda nəzərdə tutulan xüsusilə xarici donorlardan alınan qrantların qeydiyyatını xeyli dərəcədə sadələşdirəcək: “Nazirlər Kabinetinin […]

Media və vətəndaş cəmiyyətinin Açıq Hökumət Tərəfdaşlığı təşəbbüslərində rolunun artırılması

Martın 14-15 tarixlərində Park Inn otelinin konfrans zalında “Media və vətəndaş cəmiyyətinin Açıq Hökumət Tərəfdaşlığı təşəbbüslərində rolunun artırılması” mövzusunda ikigünlük təlim keçirilib.  Təlimdə ümumilikdə 30-a dək mətbuat və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib. Təlimin birinci günü təlimçi Moldova Açıq Hökumət İnstitutunun prezidenti, Açıq Hökumət Tərəfdaşlığı platformasının Rəhbər Komitənin sabiq üzvü Veronika Cretu  Açıq Hökumətin əsas […]