Gənclər təlim bacarıqlarını öyrənir

  “Demokratiyanı Öyrənmə” İctimai Birliyi (DÖİB) Avropa İtifaqının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda azad və ədalətli seçkilər üçün vətəndaş iştirakçılğı” layihəsi çərçivəsində 30 iyul-01 avqust 2017- ci ildə Bakı şəhərində ölkənin müxtəlif bölgələrindən seçilmiş gənclər üçün Təlimçilər üçün Təlim (TOT) keçirib. TOT-un keçirilməsində məqsəd vətəndaşların maarifləndirilməsi fəaliyyətlərinin həyata keçirilməsi üçün təlimçilər komandasının hazırlanması olub.   […]

Açıq Hökumət Platforması hesabat verdi

Holiday İnn otelində  “Açıq Hökumət Platforması fəaliyyətdə” layihəsinin yekunları təqdim olunub.  Tədbirdə Açıq Hökumət Platforması üzvləri və digər QHT təmsilçiləri, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının katibliyinin rəhbəri Kamal Cəfərov,  Ədliyyə Nazirliyi  Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov, Niderland Krallığının missiya rəhbərinin müavini Aişə […]

Platforma Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsini müzakirə edib

  Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir. Bu Proqram çərçivəsində “AHT Platforması ” layihəsi üzrə 13.07.2017-ci il tarixində Bakıda, Holiday İnn otelində “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” haqqında […]

Açıq Hökumət Platformasına yeni üzvlər qəbul olunub

Açıq Hökumət Platformasının 30 iyun 2017-ci il tarixdə keçirilən toplantısında Platformaya yeni üzvlər qəbul olunub. Platformanın Əsasnaməsinə uyğun olaraq Azərbaycan Əlil Təşkilatları İttifaqı, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin müraciətlərinə baxılıb. Platformanın koordinatoru Əliməmməd Nuriyev Platformaya üzv olmaq istəyən QHT-lərin müraciətləri barədə məlumat verib. Platforma koordinatorunun məlumatı dinlədildikdən sonra   Azərbaycan Əlil […]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisi: “Vətəndaşlar bilə-bilə məlumatları gizlətməsinlər” – Müsahibə

İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İctimai Birliyinin eksperti Vüqar Hüseynov ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “e-vetendash.az onlayn platformasının yaradılması” adlı xidmət çərçivəsində ünvanlı dövlət sosial yardımının alınması ilə əlaqədar vətəndaşlardan daxil olan suallar ümumiləşdirilib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Bu suallar əsasında Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Fuad Hüseynov […]

Büdcə müzakirələrində vətəndaş cəmiyyətinin iştirakının genişləndrilməsi üçün Təkliflər Paketi hazırlanıb

Açıq Hökumət Platforması Milli Məclisdə dövlət büdcəsinin layihəsi ilə bağlı  müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakını müzakirə edib Avrasiya Əməkdaşlıq Fondu ilə imzalanmış müqavilə üzrə icra olunan “AHT Platforması fəaliyyətdə” layihəsi çərçivəsində “Milli Məclisdə dövlət büdcəsinin layihəsi ilə bağlı  müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakının qiymətləndirilməsinin nəticələri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Platforma üzvləri və digər […]

Vətəndaşlar fərdi evlərin tikintisi zamanı nələrə diqqət etsinlər? –Hüquqşünas şərhi

Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra Məcəllə) qəbul edilməsi fərdi evlərin tikilməsi ilə bağlı qaydaların xeyli dərəcədə sadələşdirilməsinə səbəb oldu. Qaydaların sadələşdirilməsi vətəndaşları bır sıra bürokratik çətinliklərdən azad edib. Bununla belə, mövcud prosedurların da bir sıra zəif cəhətləri mövcuddur ki,  fərdi evlərin tikilməsi ilə əlaqədar vətəndaşlar üçün əngəllər yaradır. Bu əngəllər eyni zamanda korrupsiya sövdələşmələri […]