Abil Bayramov – Mülki Cəmiyyətə Doğru İctimai Birliyi

“Mülki cəmiyyətə doğru” Mərkəzi  İctimai  Birliyi

 

“Mülki cəmiyyətə doğru” Mərkəzi (İctimai Birlik) 1999-cu il oktyabrın 16-da təsis edilib və həmin il dekabrın 29-da dövlət qeydiyyatına alınıb. Mərkəzin fəaliyyətinin əsas məqsədi Azərbaycanda həyata keçirilən hüquqi dövlət quruculuğu prosesinə və vətəndaş cəmiyyətinin inkişafına yardım göstərməkdir. Mərkəz indiyədək bu istiqamətdə bir sıra layihələr həyata keçirib.

 

2003-cü ilin oktyabrından 2005-ci ilin iyul ayına qədər MCD BAKI-TBİLİSİ-CEYHAN Cənubi Qafqaz boru kəmərinin şərq sektoru boyunca olan icmalarda İctimai Sərmayə Qoyuluşları Proqramı çərçivəsində «Bələdiyyələrin və icmaların gücləndirilməsi» layihəsini həyata keçirib. 21 ay davam edən layihə çərçivəsində Hacıqabul, Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayonlarında yerləşən 33 icmada bələdiyyə və icma üzvləri üçün təlimlər verilib.

 

2004-cü ilin iyun-oktyabr aylarında MCD Avrasiya Fondunun, ACİYF-nin və Dünya Bankının birgə maliyyə dəstəyi ilə «Bələdiyyələrlə bağlı qanunvericiliyin ekspertizasının aparılması və yerli özünüidarə sisteminin təkmilləşdirilməsi məqsədilə təkliflər paketinin hazırlanması» layihəsini həyata keçirib. Layihə çərçivəsində bələdiyyələrlə bağlı 10 qanunvericilik aktının ekspertizası aparılıb, yerli özünüidarə sisteminin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanıb və müvafiq instansiyalara təqdim edilib, ekspertizanın nəticələrini və təklifləri özündə əks etdirən kitab nəşr olunub.

 

2006-2007-ci cı illərdə MCD  ACİYF-nin maliyyə dəstəyi ilə 3 kitab nəşr edib: «Maliyyə əksmərkəzləşməsi: yerli özünüidarənin maliyyə-büdcə fəaliyyəti ilə bağlı Avropa Şurasının tövsiyələri», «Maliyyə əksmərkəzləşməsi: yerli özünüidarənin maliyyə-büdcə fəaliyyəti ilə bağlı xarici ölkələrin təcrübəsi» və «Maliyyə əksmərkəzləşməsi: büdcələrarası münasibətlərlə bağlı xarici ölkələrin təcrübəsi».

 

2008-ci ildə Mərkəz ACİYF-nin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yerli büdcələrin gender təhlili əsasında qadınların yerli büdcə prosesində iştirak səviyyəsinin qiymətləndirilməsi” layihəsini icra edib. Layihə çərçivəsində 4 bələdiyyənin timsalında qadınların yerli büdcə vəsaitlərinin formalaşdırılması və xərclənməsi prosesində iştirak səviyyəsinin və büdcə vəsaitlərindən yararlanma vəziyyətinin təhlili aparılıb və qadınların yerli büdcə prosesində iştirakçılığının artırılması ilə bağlı təkliflər hazırlanıb.

 

2008-2009-cu illərdə Mərkəz Böyük Britaniyanın Oxfam təşkilatının dəstəyi ilə “Gender həssaslı bələdiyyə büdcələrinin hazırlanmasında bələdiyyələrə dəstək” adlı layihə həyata keçirib. Layihə çərçivəsində gender həssaslı büdcələrin hazırlanması ilə bağlı tövsiyəedici sənəd hazırlanıb.

 

2013-cü ilin avqust ayından  başlayaraq 2014-cü il martın 31-dək MCD Böyük Britaniyanın Oxfam təşkilatının dəstəyi ilə “Azərbaycanda yerli özünüidarə sahəsində vəkilliyə vətəndaş cəmiyyətinin cəlb olunması” adlı layihəni icra edib.

 

Ünvan:

AZ1117,

Azərbaycan, Bakı, Biləcəri,

  1. Mikayılov küç., döngə 1, mən. 10

Mobil: (+994 50) 327 91 82

Email: mulkicemiyyet@gmail.com

 

Abil Bayramov

Abil Bayramov Açıq Hökumət Platformasına 2016-cı ilin sentyabr ayında qoşulmuşdur. O 1999-cu ildən “Mülki cəmiyyətə doğru” Mərkəzinin icraçı direktorudur. A. Bayramov 1999-2012-ci illər arasında Xəzər Universitetində Konstitusional Hüquq üzrə dərs demişdir. O, qısa fasilələrlə 2000 və 2001-ci illərdə Seçki Sistemləri üzrə Beynəlxalq Fondunda təlimçi kimi çalışmışdır. A. Bayramov fəal bir şəkildə vətəndaşlar arasında milli qanunvericilik ilə müəyyənləşdirilmiş bələdiyyə və yerli icra orqanlarının hüquq və vəzifələri haqqında maarifləndirmə işləri aparırdı. A. Bayramov 1998-1999-cu illər arasında Sahibkarların İnkişafı Fondunda hüquqşünas kimi işləmişdir. Bundan öncə isə A. Bayramov  Asiya Universitetinde hüquq üzrə dərs demişdir. O bir neçə nəşrin müəllifi və həmmüəllifidir.

A.Bayramov  Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr və magistr təhsili almışdır.

Email: abil_bayramov@yahoo.com