Xalid Kazımov – Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi

Regional İnsan Hüquqları və Media Mərkəzi Ictimai Birliyi

Regional İnsan Hüquqları və Media Mərkəzi Ictimai Birliyi (RIHMM) 02 sentyabr 2008-ci ildə təsis edilib. 30 oktyabr 2008-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Hüquqi ünvanı Bərdə rayonu olan təşkilatın fəaliyyəti Azərbaycanın Respublikasının ərazisini (Xüsusən Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Goranboy, Mingəçevir və Yevlax) əhatə edir. Ictimai Birliyin fəaliyyətinin əsas məqsədi regionlarda insan hüquqlarını müdafiə etmək və medianin inkişafına dəstək verməkdən ibarətdir. Bu məqsədlə təşkilat insan hüquqlarının müdafiəsinə və medianın inkişafına yönələn müxtəlif tədbirlər həyata keçirir. Vətəndaşlara hüquqi yardım göstərilir, problemlərini araşdırılır və onların həllinə köməklik göstərilir, əhali arasında maarifləndirmə işi aparılır və söz və mətbuat azadlığının qorunmaq istiqamətdə müxtəlif işlər görülür.

Təşkilat Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğu, Avropa Komissiyası, Barışıq Resursları Təşkilatı, Amerika Birləşmiş Ştatları və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliklərinin maliyyə dəstəyi ilə layihələr həyata keçirib.  Regional İnsan Hüquqları və Media Mərkəzi Ictimai Birliyi  “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyası, Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası, «Birləşmiş imkanlar» Məcburi Köçkünlərlə İş Şəbəkəsi, İnsan Alverinə qarşı Məlumatlandırma və Əməkdaşlıq Şəbəkəsi, Açıq Hökumətin Təşviqinə Dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platforması və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun üzvüdür.

Ünvan:

Bərdə rayonu, “Qarabağ” qəsəbəsi 59

 

Tel: (+994 55) 363 57 10

E-mail: regional.human.rights@gmail.com

Web: http://regionalhumanrights.org

 

Xalid Kazımov

Xalid Kazımov (Vahidoğlu) 2016-cı il Sentyabr ayında Açıq Hokumət Platformasına qoşulmuşdur. O, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədridir.

  1. Kazımov 2000-2001-ci tədris ilində Bakı şəhər Badamdar qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayon 22 saylı orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunub. Eyni zamanda ayrı-ayrı Qeyri-Hökumət Təşkilatlarının layihələrində işləməyə başlayıb.

Xalid Kazımovun təşəbbüsü ilə 2008-ci ilin sentyabrında Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi təsis edilib. Təşkilat həmin ilin oktyabrında dövlət qeydiyyatına alınıb. Xalid Kazımov 2008-ci ildən Regional İnsan Hüquqları və Media Mərkəzinə rəhbərlik edir. Onun rəhbərliyi ilə təşkilat beynəlxalq və yerli donorların dəstəyi ilə 20-dək layihəni uğurla icra edib. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Gürcüstan, Türkiyə, Ukranya, Misir, Belçikada jurnalistika və QHT fəaliyyəti ilə bağlı təcrübə proqramlarında iştirak edib. Təşkilatı «Birləşmiş imkanlar» Məcburi Köçkünlərlə İş Şəbəkəsi, «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyası, İnsan Alverinə qarşı Məlumatlandırma və Əməkdaşlıq Şəbəkəsi, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu və Açıq Hökumətin Təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti Platformasında təmsil edir.

Xalid Kazımov vətəndaş cəmiyyəti institutlarında fəaliyyəti ilə yanaşı, jurnalistika sahəsində də fəaliyyət göstərir. 2000-ci ildən aparıcı mətbuat orqanları ilə yaxından əməkdaşlıq edən Xalid Kazımov (Vahidoğlu) respublikamızın iqtisadi və sosial həyatına dair yüzlərlə məqalə və araşdırma yazıların müəllifidir. Həmçinin, “Kanal 13” internet televiziyasının “Hüquq işığında” verilişinin aparıcısı kimi insan hüquq və azadlıqları ilə bağlı onlarla mövzunun müzakirəsini təşkil edib. Yazdığı məqalələr isə həm ölkə daxilində, həm də xaricdə (rus, ingilis, alman dillərində) çap olunub. Onlarla məqaləsi yerli və beynəlxalq müsabiqələrdə mükafata layiq görülüb.

Üç elmi, onlarla araşdırma, yüzlərlə publisistik  məqalə, bir kitab müəllifidir.

 

  1. Kazımov 1996-1997-ci tərdris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filalogiya fakültəsinə daxil olub, 2000-ci ildə həmin fakültənin bakalavr pilləsini bitirib. Ali təhsili davam etdirmək məqsədilə 2005-2006-cı tədris ilində Bakı Dövlət Universitetinin magistratura pilləsinə qəbul olunub. 2008-ci ildə ali təhsilin bu pilləsini başa vuraraq, Azərbaycan dili ixtisaslaşması üzrə «magistr» dərəcəsi alıb.

 

Email: regional.human.rights@gmail.com