Azərbaycanda erkən nikahların qarşısının alınması üçün tövsiyələr, ən yaxşı təcrübələr və mexanizmlər
Tədqiqat Hesabatı

Bu hesabat Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə “Tərəqqi” Sosial Tədqiqatlar İB tərəfindən icra olunan “Ucqar ərazilərdə erkən nikahların başverməsinin qarşısının alınması üçün əlverişli mühit yaradılmasına dəstəyin artırılması” təşəbbüsü çərçivəsində hazırlanıb. Hesabatda erkən nikah hallarının qarşısının alınması üçün Azərbaycanın beynəlxalq, regional və milli öhdəliklərinın icmalı, ən yaxşı beynəlxalq təcrübənin xülasəsi və tövsiyyələr əks olunub.