Davamlı İnkişaf Məqsədlərinin təbliği artırılır

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi yeni layihənin icrasına başlayıb

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən “Davamlı İnkişaf Məqsədləri” mövzusunda 7 maarifləndirici verliş çəkilib yayımlanacaq.

AYNA xəbər verir ki, “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ” Regionlarda Davamlı İnkişaf Məqsədlərinin onlayn Təşviqi ” layihəsinin icrasına başlayıb.

Layihənin əsas  məqsədi BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri haqqında təbliğat-təşviqat işlərinin aparılması, cəmiyyətin müxtəlif təbəqələrinin inkişaf məqsədləri ilə bağlı fəaliyyətlərə cəlb olunması, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında  rolunun artırılmasıdır.  Layihənin icra müddəti 3 aydır. Bu müddət ərzində  “Geniş auditoriyası olan onlyan TV kanalların birində “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və Azərbaycanın inkişaf gündəliyi”  mövzunda 7  TV verilişlər çəkiləcək və yayımlanacaq.

Layihə DİM-lərlə bağlı ictimai rəy liderləri, vətəndaş cəmiyyəti təmsilçiləri, yerli icmalar, özəl sektor təmsilçiləri, dövlət qurumları təmsilçilərinin məlumatlılığının artırılmasına çıxaracaq.