Qusar rayon icra hakimiyyəti əməkdaşları  antikorrupsiya təlimində iştirak ediblər

02 mart 2023-cü il tarixində Qusar rayon icra hakimiyyəti əməkdaşlarına “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət” və “Dövlət qulluğunda etik davranış prinsipləri” mövzusunda onlayn təlim keçirilib. Onlyan təlim Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası tərəfindən dəstəklənən  “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi  İB tərəfindən icra olunan  “Dövlət qulluqçuları üçün korrupsiyaya  qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı onlayn təlimlərin təşkili”  layihəsini  çərçivəsində təşkil olunub. Təlim  dövlət qulluqçularının antikorrupsiya qanunvericiliyi, korrupsiya riskləri və onların idarə olunması, etik davranış qaydaları, bu qaydaların praktikada tətbiqi sahəsində elmi-nəzəri biliklərini inkişaf etdirmək, praktik bacarıqlarının artırılmasına dəstək verilməsi məqsədilə keçirilib.

Təlimdə Qusar rayon icra hakimiyyətinin 20 əməkdaşı iştirak edib.

Təlimçi kimi, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı mübarizə İB-in icraçı direktoru Əliməmməd Nuriyev, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri Zaur İbrahimov iştirak ediblər.