02 mart 2023-cü il tarixində Qusar rayon icra hakimiyyəti əməkdaşlarına “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət” və “Dövlət qulluğunda etik davranış prinsipləri” mövzusunda onlayn təlim keçirilib. Onlyan təlim Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası tərəfindən dəstəklənən “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən icra olunan “Dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı onlayn təlimlərin təşkili” layihəsini çərçivəsində təşkil olunub. Təlim dövlət qulluqçularının antikorrupsiya qanunvericiliyi, korrupsiya riskləri və onların idarə olunması, etik davranış qaydaları, bu qaydaların praktikada tətbiqi sahəsində elmi-nəzəri biliklərini inkişaf etdirmək, praktik bacarıqlarının artırılmasına dəstək verilməsi məqsədilə keçirilib.
Təlimdə Qusar rayon icra hakimiyyətinin 20 əməkdaşı iştirak edib.
Təlimçi kimi, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı mübarizə İB-in icraçı direktoru Əliməmməd Nuriyev, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri Zaur İbrahimov iştirak ediblər.