Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin əməkdaşları üçün “Korrupsiya hüquqpozmaları və onlara qarşı mübarizə”, “Etik davranış qaydaları”, “Korrupsiya risklərinin aşkarlanması və qarşısının alınması” mövzularında təlimlər keçirilib

2 mart 2022-ci il tarixində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi, ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Consulting və Azərbaycan Açıq Hökumət Platforması ilə birgə icra olunan, Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin əməkdaşları üçün  “Korrupsiya hüquqpozmaları və onlara qarşı mübarizə”, “Etik davranış qaydaları”, “Korrupsiya risklərinin aşkarlanması və qarşısının alınması” mövzularında təlimlər keçirilib.

Təlimçi qismində Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri  Vüqar Əsgərov  və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov çıxış ediblər.

Təlimdə ümumilikdə 78 nəfər iştirak edib.

Təlim iştirakçılarına etik davranış qaydaları, dövlət qulluğu etikası ilə bağlı prinsip və dəyərlərin məqsədi, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri,  bu barədə müraciətlərə baxılması, korrupsiya risklərinin müəyyən edilməsi və s. məsələlər haqqında  məlumatlar verilib.