Açıq Hökumət Milli Fəaliyyət Planı 72.22% icra olunub

Açıq Hökumət Platforması Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqini həyata keçirib

 Monitorinq  MFP  üzrə nəzərdə tutulan tədbirlərin 2020-ci il mart ayından etibarən 2020-ci iyul ayınadək olan dövrü əhatə etməklə icra vəziyyəti ilə əlaqədar irəliləyişi və çətinlikləri təsvir edir.

27 fevral  2020-cı il tarixdə AR Prezidentinin müvafiq sərəncamı ilə  növbəti, “Açıq hökumətin təşviqinə dair 2020-2021-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Plan 9  istiqamət üzrə qruplaşdırılmış 64  tədbiri əhatə edir.

Milli Fəaliyyət  Planın təsdiqlənməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamının 5.2-ci bəndində tövsiyyə olunub ki, tədbirlərin həyata keçirilməsinə,  dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutları cəlb olunsun.  Eyni zamanda Açıq Hökumət Tərəfdaşlığının əsas prinsiplərindən biri də Fəaliyyət Planın icrasına  vətəndaş cəmiyyəti instititlarının cəlb edilməsidir.

Hazırkı monitorinq icrası  2020-2021-ci illərdə MFP üzrə nəzərdə tutulan fəaliyyətlərin icra vəziyyətinin qiymətləndirilməsi  üzərində fokuslaşıb.

Milli Fəaliyyət Planında  2020-ci ildə 10 bənd üzrə fəaliyyətlərin, 2021-ci ildə isə 9 bənd üzrə fəaliyyətlərin icrası nəzərdə tutulub. Hesabata bunlardan əlavə  əhəmiyyətini nəzərə alaraq daha iki bəndin icrası ilə bağlı məlumatlar əlavə edilib.

Monitorinq hesabatına həmçinin, Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi  (ECSOFT) çərçivəsində  həyata keçirilən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2-ci istiqamətinin (Maliyyə şəffaflığının təmin edilməsi sahəsində tədbirlər) monitoriniqin nəticələri də əlavə edilib.  Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi  ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilir və  ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltıniq və Azərbaycan Açıq Hökumət Platforması birgə icra olunur. 

Monitorinqə əsasən Milli Fəaliyyət Planında 21 bənd üzrə  icrası nəzərdə tutulmuş  fəaliyətlərin  orta  icra göstəricisi  72.22 %  olunmuşdur.

10  bənd üzrə fəaliyyətlər tam icra edilmiş,   yalnız  2 bənd üzrə fəaliyyətlər 50% aşağı icra olunmuşdur.

Aşağıdakı link vasitəsilə hesbatla tanış ola bilərsiniz

HESABAT