Hörmətli həmkarlar “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB Azərbaycan Açıq Hökumət Platforması ilə birlikdə “İctimai iştirakçılıq haqqında” Qanuna və “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlayıb. Bu əlavə və dəyişikliklər sözügedən qanun və əsasnamənin normalarının praktikada tətbiqi zamanı meydana çıxan suallara aydınlıq gətirilməsi, çətinliklərin aradan qaldırılması, son nəticədə daha effektiv ictimai iştirakçılıq və ictimai nəzarətin təşkilinə nail olmaqdır.
Təklif olunan dəyişikliklər qırmızı şriftlə fərqləndirilib, həmçinin sözügedən Qanun və Əsasnamənin mətnindən çıxarılması təklif olunan sözlər, çümlələr və maddələrin üzərindən xətt çəkilib. Hər bir təkliflə bağlı əvvəlcə qısa izah verilib.
Əlavə və dəyişikliklər ilə burdan tanış ola bilərsiniz.