Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz və Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Aran bölgəsində ictimai iştirakçılığın gücləndirilməsi” təşəbbüsü həyata keçirilir. Bu təşəbbüsün məqsədi ictimai iştirakçılığın, ictimai nəzarətin genişlənməsi, uğurlu vətəndaş iştirakçılığı nümunələrinin yardılması və təbliğinə yardım göstərilməsidir.
Layihə çərçivəsində Açıq Hökumət Platforması və onun üzvü “Tərəqqi” Sosial Tədqiqatlar Mərkəzi İB ekspertləri tərəfindən Vətəndaşların, özləri tərəfindən İctimai Müzkirə və İctimai dinləmə keçirilməsi üçün Vizual rəhbərlik hazırlanacaq. İki vizaul rəhbərlik hazırlanıb.