Hüquqlar və qanunlar haqda nə qədər məlumatlısınız? Əmək, ailə, sosial müdafiə, vərəsəlik və gündəlik həyatımızın ayrılmaz hissəsi olan digər qanunvericiliklərdən xəbərdarıqmı? Heç bunu yoxladınızmı və ya qanunları öyrənməyə cəhd etdinizmi?
“Qanunlar yorucudur, buna girişməyə dəyməz” – deyib keçməyin. Bəlkə bunu daha asan və əyləncəli şəkildə öyrənə bilərik?
Hüquqi məlumatlılığınızı asan və əyləncəli şəkildə artırmaq istəyirsinizsə www.menimhuquqlarim.az və www.huquqoyren.az online resursları sizə bu işdə yardımçı ola bilər.
Həssas və aztəminatlı əhali qrupuna hədəflənmiş bu resurslara vacib məlumatlar daxildir.
Qeyd edilən veb-resurslar Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Demokratiyanı Öyrənmə” İctimai Birliyi təərfindən həyata keçirilən “Yeni texnologiyalar vasitəslə hüquqi məlumatlılığın artırılması” layihəsi çərçivəsində hazırlanmışdır.