Açıq hökumət islahatları – Ədalət mühakiməsinin əlçatanlığına nail olmaq

Kanada və İrlandiya təcrübəsi

Açıq  Hökumət Tərəfdaşlığı (OGP)  ədalət mühakiməsinin əlçatanlığının genişləndirilməsi üçün milli hökumətlərə yardım edir.  OGP üzrə bu sahədə hökumətlərin üzərinə  götürdüyü öhdəliklər  ədalət mühakiməsinə əlçatanlığının təmin edilməsində yeni imkanlar açır. Artıq bir sıra ölkələr özlərinin iki illik Fəaliyyət Planlarında bu istiqamətdə tədbirlər nəzərdə tuturaq həyata keçiblər.

BMT-in  2015-ci ildə qəbul etdiyi Dayanıqlı  İnkişaf  Məqsədləri  də qlobal miqyasda ədalət mühakiməsinə əlaçatanlığın genişləndirilməsini aktuallaşdırıb. “Sülh, ədalət və səmərəli institutlar” adlı 16-cı məqsədin əsas hədəflərindən biri məhz ədalət mühakiməsinə çıxışın asanlaşdırılmasıdır.

Kanada təcrübəsi

 

OGP üvü ölkələrdən bir çoxu artıq bu istiqamətdə ciddi təşəbbüslərə başlamışdır. Diqqət çəkən təşəbbüslərdən biri  Kanada da həyata keçirilib. Kanadada 2018-ci ildə Ədliyyə Nazirliyi digər dövlət orqanlar və Kanada Statistika Komitəsi ilə birgə ölkədə hüquqi yardım, hüquqi xidmətlərinin göstərilməsi, ədalət mühakiməsinə çıxışla bağlı tədqiqat aparılmasın start verdi. Tədqiqat Milli Hüquq Problemləri Araşdırması (NLPS) adlanırdı. Tədqiqat ölkədə hüquq probleməri ilə bağlı York Universitetinin keçirdiyi sorğuya əsaslanırdı. Lakin sorğu anketləri  Statiskia Komitəsi və tərəfdaş dövlət qurumları tərəfindən daha da təkmilləşdirildi və yeniləndi. Kanada hökuməti,  həmçinin 2011-18-ci illərdə ölkədə ədalət mühakiməsi xərclərini araşdırmağa qərar verib. Ümumilikdə isə hökumət bütövlükdə hüquq və ədalət mühakiməsi sisteminin nə dərəcədə effektiv işlədiyini, mövcud ehtiyaclara adekvat olduğunu araşdırmağa, səmərəllik dərəcəsini və mövcud probemləri öyrənməyə çalışır. 2019 və 2020-ci ildə aparılan araşdırma, sorğuların nəticələri gələn il açıqlanacaq.

Ekspertlər qeyd edirlər ki, bu araşdırma daha effektiv, qənaətcil, məhsuldar və səmərli, müasir hüquq və ədalət mühakiməsi sistemi yaratmağa imkan verəcək.

İrlandiyada islahatlar

Daha yaxşı bir nümunə İrlandiyaya aiddir. 2016-ci ildən İrlanldiya hökuməti ədalət mühakiməsi və hüquq xidmətlərini sağlamlıq imkanları məhdud şəxslər üçün daha əlçatan ediləcəyini bəyan edib. Artıq bir neçə ildir ki, Ədliyyə nazirliyi digər əlaqədar nazirliklər və dövlət qurumları ilə bu sahədə qanunvericilik bazasını yenidə nəzərdən keçirir və davamlı dəyişikliklər həyata keçirilir. Bu dəyişikliklərdən biri kimi sağlamlıq imkanı məhudud şəxslərə doğru qərar verməkdə kömək edəcək hakim köməkçilərinin təyin edilməsi olmuşdur.

İrlandiya,  həmçinin  məhkəmə çəkişmələrinin dəyərinin, yəni hökumət tərəfindən çəkilən xərclərin daha şəffaf və optimal müəyyənləşdirilməsi sisteminin yaradılmasına çalışır.

Bu məqalə İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri  İB-nin  Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi  “Açıq Hökumətin  Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasına institusional və proqram dəstəyi” layihəsi çərçivəsində hazırlanıb və dərc edilir.