Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, müstəqil fəaliyyət göstərən qeyri-hökumət təşkilatdır. Missiyamız insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir.
Müstəqil bir təşkilat kimi AƏF Azərbaycan, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həyata keçirilən və dəstəklənən bütün fəaliyyətlərdə beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etdiyini vurğulayır. Münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həll edilməsini münaqişənin transformasiyası və münaqişə tərəfləri arasında münasibətlərin normallaşdırılması üçün əsas çərçivə hesab edirik. AƏF Azərbaycan, AƏF Ermənistanın verdiyi bəyanatlara görə məsuliyyət daşımır, bu cür bəyanatlarda səsləndirilən fikirləri bölüşmür və bunlara görə heç bir şəkildə cavabdeh ola bilməz. AƏF Azərbaycanın Qəyyumlar Şurası və digər əlaqədar qurumlar AƏF Ermənistanın verdiyi bəyanatlar haqqında məlumatlandırılmışdır və müvafiq tədbirlər görüləcəkdir.