İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İB AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasına institusional və proqram dəstəyi” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının institusional inkişafı və potensialının artırılmasıdır.
Layihə fəaliyyətləri Platformanının fəaliyyəti ilə bağlı daha geniş auditoriyanın məlumatlandırılması, onun beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, Açıq Hökumət ideyasından irəli gələn islahatların həyata keçirilməsi üçün əlverişli mühit və şərtlər yaradılmasına yardım göstərilməsini nəzərdə tutur. Eyni zamanda Platformanının www.ogp.org.az saytı təkmilləşdiriləcək və 5 ay müddətində fəaliyyəti təmin olunacaq. Yeni 2020-2022-ci illəri əhatə edən Açıq Hökumətin Təşviqinə dair Mİlli Fəaliyyət Planının icrasında vətəndaş cəmiyyətinin iştirakı ilə bağlı müzakirələr aparılacaq.