08 fevral 2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin inzibati binasında Açıq Hökumətin Təşviqi üzrə 2020-2022-ci illər üzrə Milli Fəaliyyət Planı layihəsi müzakirə olunub. Müzakirələrin moderatoru Beyn’lxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (OGP) üzrə Milli koordinator, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Fəaliyyət Planı layihəsi barədə məlumat verib, qeyd edib ki, Plan layihəsinin son variantı iştirakçılara əvvəlcədən təqdim edilib. Bu müzakirələr zamanı da hər bir iştirakçının fikirlərini söyləyəcəyinə ümid edir.
Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev Fəaliyyət Planı ilə bağlı vətəndaş cəmiyyətinin, Açıq Hökumət Platformasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya ilə birgə işlədiyini qeyd edib, bu prosesə bütün maraqlı tərəflərin cəlb olunduğunu, prosesin açıq aparıldığını vurğulayıb. Ə.Nuriyev qeyd edib ki, vətəndaş cəmiyyətinin, Platformanın təkliflərini əksəriyyəti nəzərə alınıb, bununla belə fərqli yanaşma olan məsələlər də var. Vətəndaş cəmiyyəti təşkilatları və dövlət orqanlarının müzakirələri nəticəsində Fəaliyyət Planı layihəsinə müvafiq düzəlişlər edilib. V.Hüseynov bildirib ki, o, milli koordinator olaraq vətəndaş cəmiyyətinin fəal mövqeyini dəstəkləyir, fərqli yanaşmaları uzlaşdırmağa çalışır. O, qeyd edib ki, bu proses çox açıq və şəffaf aparılıba, OGP prinsiplərinə əməl olunub, bütün maraqlı tərəflərin müzakirə və konsultasiyalarda iştirakına, təkliflər verməsinə imkanlar yaradılıb.