Açıq Hökumət Fəaliyyət Planı layihəsi müzakirə ediləcək – Elan

08  fevral 2020-ci il tarixdə  saat 11.-00-da Dövlət Miqrasiya Xidmətinin inzibati binasında  (Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202. Metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığında) Azərbaycan Açıq Hökumət Platforması  və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın  təşəkilatçılığı ilə Açıq Hökumətin Təşviqi üzrə 2020-2022-ci illər üzrə Milli Fəaliyyət Planı layihəsinin müzakirəsi keçiriləcəkdir. Müzakirənin moderatoru Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü üzrə Milli koordinator, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov olacaq. Müzakirələr açıqdır, arzu edən vətəndaş cəmiyyəti təşkilatları və müstəqil ekspertlər bu müzakirələrə qatıla bilər.

Ətraflı məlumat üçün office@ogp.org.az e-mail ünvanına yaza bilərsiniz.