Sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilikdə şəffaflıq tələblərinin artırılması imkanları müzakirə edilmişdir
İqtisadi və Sosial Təşəbbüslərdə Tərəfdaşlıq ictimai birliyi “Sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilikdə şəffaflıq tələblərinin gücləndirilməsi” layihəsi çərçivəsində 7 noyabr 2019-cu il tarixdə Bakı şəhərində dəyirmi masa təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən sözügedən layihə çərçivəsində sahibkarlıq fəaliyyətini tənzimləyən dörd sahəni, o cümlədən dövlət satınalmaları, ixracın təşviqi, investisiyaların təşviqi və dövlət əmlakının özəlləşdirilməsini ehtiva edən qanunvericilik aktları təhlil edilmişdir.
Dövlət nümayəndələri, AHP üzvləri, QHT təmsilçiləri, müstəqil eksperltər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbir zamanı qeyd olunan sahələr üzrə aparılan tədqiqatın nəticələrinin və sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilikdə şəffaflıq tələblərinin gücləndirilməsi məqsədi ilə hazırlanmış tövsiyələr paketinin təqdimatı keçirilmişdir. İştirakçılar tövsiyələr ilə bağlı rəy və təkliflərini bildirmişdirlər, eləcə də müvafiq qanunvericilik aktlarında şəffaflığın artırılması imkanlarını müzakirə etmişdirlər. Tədbir suallar və cavablar ilə davam etmişdir.