Yeni Fəaliyyət Planında geniş iştirakçılıq təmin edilir

Azərbaycanda Açıq Hökumətin Təşviqi üzrə yeni milli fəaliyyət planı layihəsinin hazırlanması  davam edir
Açıq Hökumətin Təşviqinə dair  yeni Milli Fəaliyyət Planının hazırlanması prosesi Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (OGP) tələbləri nəzərə alınmaqla həyata keçirilir. Milli Fəaliyyət Planının hazırlanması ilə əlaqədar ən geniş ictimai və vətəndaş iştirakçılığı təmin edilir.
Xatırladaq ki,  Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə Azərbaycan Açıq Hökumət Platformasının təşəbbüsü ilə İşçi Qrup yaradılıb.
 İşci Qrupunun QHT nümayəndələri və dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə  keçirilən toplantılarında Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Azərbaycan Açıq Hökumət Platformasına təqdim olunan  təkliflərin  müzakirəsi aparılır.
Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyevin sözlərinə  görə ,  Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanma prosesi  tam şəffaf şəkildə həyata keçirilir.  Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclasında elektron hökumətin inkişafı üzrə təkliflər müzakirə olunub.
Azərbaycan Açıq Hökumət Platforması digər tərəfdaşlarla birlikdə bu prosesə bütün maraqlı tərəfləri fəal cəlb etmək, onların bilgiləndirilməsi üçün məlumatların yayılması, dialoqun təşkili, təklif və rəylərin toplanması, bunların bütün tərəflərlə paylaşılmasını, səmərəli və peşəkar konsultasiyaların keçirilməsini təmin edəcək. Azərbaycan Açıq Hökumət Platforması bütün maraqlı tərəfləri, vətəndaş cəmiyyəti təşkilatlarını, KİV-i, vətəndaşları bu prosesdə fəal iştirak edib, töhfələrini verməyə dəvət edir.