Azərbayan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Açıq Hökumət Platforması ilə birgə İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Açıq hökumətin təşəbbüslərinin təşviqi” layihəsi çərçivəsində ilk canlı yayımda Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev iştirak edib. Ə.Nuriyev Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının hazırlanması prosesi, nəzərdə tutulan tədbirlər, vətəndaş cəmiyyətinin və vətəndaşların bu prosesdə iştirakı imkanları barədə sualları cavablandırıb.