Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının hazırlanmasında iştirakçılıq gücləndiriləcək

“Prioritet”  Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində tədqiqatların aparılması və tədbirlərin keçirilməsi” layihəsinin icrasına başalyıb

 

Layihənin məqsədi “2020-2022-ci illər üçün yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı”nın hazırlanmasına vətəndaş cəmiyyətinin fəal cəlb edilməsi, bütün maraqlı tərəflərin maraqlarının uzalaşdırılması üçün ictimai müzakirə və dinləmələrin, debatların təşkilidir.

Layihə çərçivəsində Layihə çərçivəsində 2020-2022-ci illər üçün yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı layihəsinin hazırlanmasında mstəqil ekspertlərin rəyinin nəzərə alınması üçün  6 müstəqil ekspertdən dərinləşdirilmiş intervü aparılacaq. Ukrayna, Gürcüstan, Böyük Britaniya,  Litva, Estoniyanın qüvvədə olan “Açıq hökumət” Milli Fəaliyyət Planları öyrəniləcək. Vətəndaş cəmiyyətindən təkliflərin öyrənilməsi üçün onlayn sorğu keçiriləcək.

Bu tədqiqatlar və araşdırmalar nəticəsində Təkliflər Paketi layihəsi hazırlanacaq.

Bütün maraqlı tərəflərin (dövlət qurumları, QHT-lər, özəl sektor, beynəlxalq təşkilatların)  təmsilçilərinin iştirakı ilə 2 dəyirmi masa müzakirələrində bu Təkliflər Paketi layihəsi müzakirə oluncaq.