“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir
“Konstitusiya” Araşdırmalar Fondu Avropa Ittifaq; v’ BMT-nin İnkişaf Proqramının dəstəyi ilə “Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılmasına dəstək” layihəsini həyata keçirir. Fond Layihə çərçivəsində Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi vakansiya elan edir.
Hüquqşünas xidmətləri aşağıdakılardan ibarət olacaqdır:
- Zaqatala rayonunda qadınlara (xüsusən əmək stajı olamayan evdar qadınlar üçün) 4 ay ərzində ödənişsiz hüquqi konsultasiya xidmətinin təşkili,
- Zaqatala rayonunda qadınlar üçün Açıq Mühazirə günlərinin təşkili. Mühazirələr Ailə hüquq, Əmək hüququ, Pensiya Hüququ, Sahibkarlıq və s. sosial hüquqlar üzrə olmalıdır. Hər ay üçün 1 görüş təşkil etməklə 4 ay ərzində toplam 5 görüş keçirilməlidir.
Tələblər:
- Ali hüquqşunas təhsili.
- Hüquqşunaslıq üzrə iş təcrübəsi.
- Rayon mərkəzində ofisin olması.
Müqavilə 4 ay müddətinə bağlanılacaq.
Hüquqi və fiziki şəxslər öz təkliflərin iş təcrübələrini təsvir edən məlumatla birgə 30 Aprel 2019-cü il tarixə qədər Bakı şəhəri M.Əfəndiyev 7\24 AZ 1001 ünvanına tədim edə bilərlər, yaxud kafondu@yandex.ru – emailinə göndərə bilərlər.
Əlavə məlumat üçün layihə rəhbərinin assistenti Şahin Nəsrullayevə müraciət edə bilərsiniz.
Əlaqə tel: 012 492 57 26
E-mail: kafondu@yandex.ru