Azərbaycan Açıq Hökumət Platforması “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə «Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasının monitorinqinin nəticələrini təqdim edib. Monitorinq QHT-lərə Dövlət Dəstəyi Şurasın tərəfindən dəstəklənən layihə çərçivəsində aparılıb. Tədbirdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyinin, Milli Fəaliyyət Planında icraçı kimi nəzərdə tutulan dövlət orqanlarının əməkdaşları, Platforma üzvləri, müstəqil ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Giriş nitqində Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyinin rəhbəri Kamal Cəfərov bildirib ki, Azərbaycanda Beynəlxalq Açıq Hökumət Təşəbbüsü çərçivəsində mühüm işlər həyata keçirilib. Azərbaycanın əldə etdiyi naliyyətlər Beynəlxalq Açıq Hökumət Təşəbbüsü İdarə Heyəti tərəfindən də vurğulanıb. Azərbaycanın Beynəlxalq Açıq Hökumət Təşəbbüsündə statusu saxlanılıb, bununla yanaşı ölkəmizə bir sıra tövsiyyələr də verilib.
K.Cəfərov Milli Fəaliyyət Planının icrası çərçivəsində elektron xidmətlərin yaradılması və təkmilləşdirilməsi, əhaliyə, biznesə dövlət xidmətlərinin göstərilməsi, bələdiyyə qulluğuna qəbul, ictimai iştirakçılıq, maliyyə şəffaflığının təmin edilməsi, açıq məlumat bazalarının yaradılması, korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar və digər istiqamətlərdə həyata keçirilən tədbirlərin yüksək səmərə verdiyini diqqətə çatdırb.
O, Asan Xidmət Mərkəzlərində rərhbər tutulan standartların digər dövlət orqanlarında tətbiqinə başlanılmasını əlamətdar hadisə kimi qeyd edərək, Asan Xidmət təcrübəsinin yayılmasının nümunəsi kimi vurğulayıb.
Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasının monitorinqinin nəticələrini təqdim edib. Ə.Nuriyev qeyd edib ki, monitorinq Milli Fəaliyyət Planınında (MFP) nəzərdə tutulan 11 istiqamət üzrə qruplaşdırılmış 59 tədbirin icrasındakı irəliləyişlərin və problemlərin aşkar olunmasına fokuslanıb. Layihə ekspertləri Milli Fəaliyyət Planının bəndlərinin icrasında olan inkişaf və zəiflikləri təsvir edib və tövsiyyələri müəyyən edib. Monitorinq MFP-nin orta icra göstəricinin 81.76% olduğunu göstərib.
Ə.Nuriyev bildirib ki, “MFP ilə nəzərdə tutulan tədbirlərin icrası yaxın perspektivdə Açıq hökumət islahatlarının genişlənməsini şərtləndirəcək: “Dövlət orqanlarının fəaliyyətində şəffaflıq, hesabatlılığın artması, ictimai iştirakçılıq və nəzarət mexanizmlərinin daha işlək olması, vətəndaşlara və biznesə dövlət xidmətlərinin göstərilməsində, ASAN Xidmət təcrübəsinin daha geniş arealı əhatə etməsinə nail olunmasında, ictimai vəsaitlərin səmərəli istifadəsi, elektron xidmətlərin inkişaf etdirilməsi və bu istiqamətdə nəzarətin gücləndirilməsi sahəsində irəliləyişlər, təkmilləşdirmə aparılması və novasiyaların tətbiqi üçün yeni imkanlar yaradıb”.
Platforma koordinatoru qeyd edib ki, MFP ilə nəzərdə tutulan tədbirlərin icrası dövlət orqanlarının, biznesin, vətəndaş cəmiyyətinin, ən vacibi isə vətəndaşların gündəlik fəaliyyətində hiss olunmağa başlayıb: “Elektron xidmətlərin daha geniş tətbiqi, “ASAN xidmət” Mərkəzlərinin uğurlu işi və əldə olunan təcrübənin digər sahələrdə istifadəsi, iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminalaşdırılması ilə əlaqədar qanunvericilik və digər tədbirlərin görülməsi, kommunal xidmətlərin göstərilməsi, biznes subyektlərinin və vətəndaşların müraciətlərinə baxılması, onlayn ödənişlər sisteminin inkişaf etdirilməsi sahəsində həyata keçirilən işlər əhəmiyyətli transformativ effekt verib”.
Platforma koordinatoru MFP ilə həyata keçirilən tədbirlər multiplikativ effektə malik olmasını xüsusi olaraq diqqətə çatdıırb: “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezident sərəncamı ilə nəzərdə tutulan tədbirlərin səmərəli icrasına da töhfə verir. Bu kontekstdə xüsusən elektron xidmətlərin inkişaf etdirilməsi, özəl sektorda korrupsiyaya qarşı mübarizə tədbirləri, Hasilat Sənayesində Şəffaflıq sisteminin yaradılması, “ASAN xidmət” Mərkəzlərinin uğurlu işi və əldə olunan təcrübənin digər sahələrdə istifadəsi qeyd edilə bilər”.
Ə.Nuriyevin təqdimatında MFP-nin icrasındakı zəif çəhətlər də vurğulanıb: “Bu vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları təqdim etməsi ilə bağlı mexanizmin yaradılmaması, “Maraqlar toqquşması haqqında” qanunun, “Rəqabət Məcəlləsi”nin qəbul olunmaması, dövlət orqanları və dövlət şirkətləri, səhmlərində dövlət payı olan şirkətələrin maliyyə şəffaflığının təmin edilməsi üçün işlək mexanizmlərin tətbiq edilməməsi, informasiya əldə edilməsi haqqında qanunun tətbiqi, ictimai iştirakçılıq mexanizmlərinin daha geniş tətbiqi ilə əlaqədar çətinliklərin qalmasıdır”.
Platforma koordinatoru MFN-nin icarsı ilə əlaqədar statistik göstəriciləri də açıqlayıb: “Monitorinqin nəticələrinə əsasən MFP-nin orta icra göstəricisi 81.76% təşkil edir. MFP-də 2 istiqamət üzrə (3, 7) 100% nəticə əldə edilib. istiqamətin heç biri üzrə 50%-dən aşağı icra göstəricisi qeydə alınmayıb. 6 istiqamət üzrə 80%-dən çox nəticə əldə edilib. 1.6, 2.2, 5.2, 5.4, 6.1.1, 8.2, 9.3. 11., 11.6 bəndləri üzrə daha aşağı irəliləyiş nəzərə çarpır. MFP-nin 59 bəndindən 15 bənd üzrə 50% və ondan aşağı nəticə qeydə alınıb”.
Təqdimat zamanı layihə ekspertləri MFP-nin hər bir istiqaməti ilə bağlı detallı tövsiyyələri də təqdim ediblər. Eyni zamanda növbəti Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı fikirlər səsləndirilib.
Nəticələrin təqdimatdından sonra dövlət orqanları nümayəndələri, QHT təmsilçiləri, müstqəil ekspertlər öz qeydlərini, təkliflərini səsləndiriblər.
Ə.Nuriyev təkliflərə görə təşəkkür edib və qısa müddət ərzində Monitorinq Hesabatının çap olunacağını və Açıq Hökumət Platformasının saytında yerləşdiriləcəyini bildirib.