Bölgələrdə “Azərbaycanda hasilat sənayesində şəffaflıq” mövzusunda İctimai mühazirələr keçirilib

 

“Qadınlar Arasında Həmrəylik”  İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti  yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hasilat Sənayesində Şəffaflıq proesesi və hesabatı ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsini həyata keçirir.

 Layihənin məqsədi Hasilat Sənayesində Şəffaflıq” (HSŞ) prosesləri və hesabatlarının geniş ictimaiyyətə çatdırılması və populyarlaşdırılması, HSŞ proseslərində iştirakçılığın  artırılması, HSŞ prosesinə ictimai inamın və etimadın gücləndirilməsidir.

“Qadınlar Arasında Həmrəylik”  İctimai Birliyi qeyd edilən layihə çərçivəsində  Ağdaş, Göyçay Ağsu, Qobustan rayonlarında ictimaiyyətin məlumatlandırılması məqsədilə  “Azərbaycanda Hasilat Sənayesində Şəffaflığın təmin olunması sistemi” mövzusunda İctimai mühazirə  təşkil edib.  Tədbirlərdə “Qadınlar Arasında Həmrəylik”  İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova layihə barədə məlumat verib. HSŞ proseslərində ictimai iştirakçılığın  əhəmiyyətindən danışıb.

Layihə eksperti Xalid Kazımov isə “Hasilat Sənayesində Şəffaflıq proesesi və hesabatı” mövzusunda təqdimat edib.  İctimai müzahirədə yerli ictimaiyyətin 120-dən çox nümayəndəsi iştirak edib. Mühazirədə iştitirakçılar üçün  Azərbaycan hökumətinin hasilat sənayesində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat  verilib təqdimat edilib, onlarla fikir mübadiləsi aparılıb, rəyləri toplanılıb, onların sualları cavablandırılıb.

Növbəti İctimai mühazirənin Daşkəsən rayonunda keçirilməsi planlaşdırılır.