“Konstitusiya” Araşdırmalar Fondunun ekspertləri ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi” adlı xidmət çərçivəsində İctimai TV-də “Vətəndaşların müraciətlərinə baxılması” mövzusunda veriliş hazırlanıb.
Verilişdə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vətəndaşların qəbulu sektorunun müdiri Firudin Əliyev, Təhsil Nazirliyinin vətəndaşlara baxılmasısektorunun əməkdaşı Elvin Məmmədov iştirak edib
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun müddəları şərh olunub. Eyni zamanda vətəndaş müraciətləri ilə bağlı mövcud praktika barədə söhbət açılıb.
Əhalinin Sosial Müdafiəsi və Təhsil Nazirliyinin nümayəndələri vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar görülən işlər barədə məlumat veriblər.
Ə.Nuriyev vətəndaş mürcaiətlərinə baxılması ilə bağlı aparılan araşdırmanın nəticələri və hazırlanmış təkliflər barədə məlumat verib.