“Konstitusiya” Araşdırmalar Fondunun ekspertləri ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi” adlı xidmət çərçivəsində ASAN Radioda “Vətəndaşların müraciətlərinə baxılması” mövzusunda iki radioveriliş hazırlanıb.
Verilişlərdə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun müddəları şərh olunub. Eyni zamanda vətəndaş müraciətləri ilə bağlı mövcud praktika barədə söhbət açılıb. Verilişlərdə “Qanun hansı yeniliklər gətirdi?”, “Vətəndaşlar üçün hansı yeni imkanlar yarandı?” – kimi suallara cavab verilib.
“Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Vasif Məmmədov telefonla müraciətlərin qəbulu, elektron formada müraciətlər və vətəndaşların qəbulu ilə bağlı yeniliklər, təkrar müraciətlərlə bağlı qanunvericiliyi şərh ediblər. Eyni zamanda müraciətlərlə bağlı vətəndaşlara tövsiyyələr də verilib.
Qeyd edək ki, bu verilişlər Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun icra etdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramı çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimov ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi” adlı xidmət çərçivəsində hazırlanıb.