“Azərbaycanda Yoxsulluğun Azaldılması” İctimai Birliyi “Əhalinin həssas qruplarının sosial müdafiə sistemində baş verən dəyişikliklərlə bağlı məlumatlandırılması” layihəsinin icrasını başa çatdırıb. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Döмlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Şəki və Oğuz rayonlarında əhalinin həssas qrupları ilə görüşlər keçirilib.
Şəki və Oğuz rayonlarında keçirilən görüşlərdə, ümumilikdə 44 sağlamlıq imkanı məhdud şəxsə dəyişikliklərlə bağlı məlumat verilib. Tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri Mais Əliyev iştirakçıları sosial qanunvericilikdə baş verən dəyişikliklər, tətbiq olunan yeni avtomatlaşdırılmış sistemlər barədə məlumatlandırıb. M.Əliyev həm praktik tövsiyyələr verib, həm də iştirakçıların suallarını cavablandırıb, onların dəyişikliklərlə bağlı fikrini öyrənib və təkliflərini dinləyib. İştirakçılar öz şikayət və iradlarını da qeyd ediblər. M.Əliyev bu şikayət və təkliflərin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında İctimai Şuranın müzakirəsinə çıxarılacağını və bu məsələlərlə məşğul olan müvafiq dövlət qurumlarının diqqətinə çatdırılacağını qeyd edib.
Layihə çərçivəsində, həmçinin populyar xəbər saytlarında sosial müdafiə sistemində baş verən dəyişikliklərlə bağlı maarifləndirici məqalələr dərc olunub.